8 янв. 2014 г.

Həzin kilsə musiqisi, nurani keşiş və rus qızı

Bu, kilsəyə ilk gedişim idi. Kilsədə necə hərəkət etmək lazımdır, nə demək lazımdır və s. bilmirdim. Ona görə, ətrafda baş verənləri sadəcə müşahidə edirdim.


Bu gecə pravoslavlar İsa Peyğəmbərin mövludu - müqəddəs Milad bayramı münasibətilə bayram tədbirləri keçirirdilər. Axşam saat 00.00-da Rus Pravoslav Kilsəsinin Azərbaycandakı arxiyepiskopu gəlməli və mərasim başlanmalı idi. Odur, prosesləri qabaqlamaq üçün saat 22.00-dan kilsəyə getdim.

Saat 12-ə qədər cavandan-qocaya kimi hamı kilsəyə gəlib, dua edib, şam yandırıb getdilər.

Təsadüfən kilsədə künc bir yerdə yaşlı kişi gördüm. Kilsəyə gələnlərin əksəriyyəti də onun əlindən öpüb görüşürdü. Nurani birisi idi. Bu adamı bir müddət izləməyə başladım və sonda yanına yaxınlaşdım.

Elə təzəcə söhbətə başlamışdım ki, kişi əli ilə mənə işarə etdi ki, “Oğlum, mən səni eşidə bilmirəm” dedi. Açığı belə cavab gözləmirdim, çaşıb....(ardı...)

Комментариев нет:

Отправить комментарий