Показаны сообщения с ярлыком Life Without Limbs. Показать все сообщения
Показаны сообщения с ярлыком Life Without Limbs. Показать все сообщения

30 апр. 2015 г.

Nik Vuyçiç: Gücünü topla

Photo: plainjoephotoblog.com
Əlbəttə, bütün sualların cavabını bilmirəm. Sizin necə əzab və çətinliklərlə üzləşdiyinizi təsəvvürümə belə gətirmirəm. Mən bu dünyaya fiziki cəhətdən əlil halındada gəlmişəm, ancaq zor işlətmək ya da əzab çəkən insanlara qarşı etinasızlıq mənim üçün yaddır. Mən heç vaxt dağılan ailənin dərdini çəkməmişəm. Heç vaxt atamı, anamı, qardaşımı yaxud bacımı itirməmişəm.

25 мар. 2015 г.

Nik Vuyçiç: Qoy belə də qalsın

Photo: plainjoephotoblog.com
Bəzən həyat bizə amansız görünür. Bəzən bütün pis hadisələr bir-birinin ardınca baş verir və adama elə gəlir ki, heç bir çıxış yolu yoxdur. Ola bilsin sizin həyatınızda belə şeylər hələlik baş verməyib. Bəlkə də siz həyatınızda bunların baş verəcəyinə inanmırsınız.

12 февр. 2015 г.

Nik Vuyçiç: Yol axtarışında

Photo: plainjoephotoblog.com
Bir dəfə mən yeniyetmələr qarşısında çıxış edirdim. Bu mənim ən böyük auditoriyam idi. Mən onlarla hisslərimi və inancımı bölüşürdüm. Bu zaman qəribə bir şey baş verdi. Mənim çıxışım zamanı zaldakı bir çox insanın gözləri yaşardı. Qızlardan biri özünü saxlaya bilməyib bərkdən hönkürməyə başladı. Mən nə baş verdiyini anlamadım, ola bilsin o qızın hansısa kədərli xatirəsini yada saldım. O cəsarətini toplayıb, əlini yuxarı qaldırıb, göz yaşlarını silərək danışmağa başladı. O hətta gəlib məni qucaqlamaq istəyini də dilə gətirdi. Mən şok içində idim.

29 янв. 2015 г.

Nik Vuyçiç: Açığını deyim...

photo: plainjoephotoblog.com
Mən həmyaşıdlarımla özümü müqaisə edərək və onları ötməyə çalışaraq arzularımı gerçəkləşdirməyə başladım. Yəqin siz də nə vaxtsa məktəbdə təzə uşaq olubsunuz, belə uşaqlar yeməklərini tək başına yeyirlər. Belə təzə uşaq və həm də əlil arabasında oturan bir uşaq olmaq ikiqat çətindir. Bizim Melburndan Brisbenə, ordan ABŞ-a və geriyə Birsbenə gedişimiz mənim problemlərimi daha da dərinləşdirirdi.

5 дек. 2014 г.

Nik Vuyçiç: Anamın əzabları

photo: plainjoephotoblog.com
İlk övladın doğuşu ailənin təməlinin möhkəmlənməsi üçün müsbət hadisədir. Mən doğulanda isə heç kim atamla anama çiçək yollamayıblar. Bu onları daha da tədirgin edir, narahatlıqlarını daha da şiddətləndirirdi.

23 нояб. 2014 г.

Nik Vuyçiç: Öz yolunu işıqlandır

Photo: plainjoephotoblog.com
Mən əlilliyimə və onun yaratdığı qəribə reaksiyalara gülməyi öyrənmişəm. Ancaq öz dəyərinə olan tərəddüdü aşmaq və özünü odluğu kimi qəbul edə bilməyin bir çarəsi də var. Daxili ağrılarınızı özünüzə dərd etmək əvəzində, başqalarının ağrılarını yüngülləşdirməyə çalışın. Diqqətinizi köməyə ehtiyac duyanlar üzərində toplayın.