30 апр. 2015 г.

Nik Vuyçiç: Gücünü topla

Photo: plainjoephotoblog.com
Əlbəttə, bütün sualların cavabını bilmirəm. Sizin necə əzab və çətinliklərlə üzləşdiyinizi təsəvvürümə belə gətirmirəm. Mən bu dünyaya fiziki cəhətdən əlil halındada gəlmişəm, ancaq zor işlətmək ya da əzab çəkən insanlara qarşı etinasızlıq mənim üçün yaddır. Mən heç vaxt dağılan ailənin dərdini çəkməmişəm. Heç vaxt atamı, anamı, qardaşımı yaxud bacımı itirməmişəm.


Dünyada mənim başıma gəlməmiş xeyli dərd var. Əminəm ki, bir çox insanın həyatından mənim həyatım daha yüngüldür.

Çevrilib kütlə içində Denieli gördüyüm an, anladım ki, bütün həyatım boyu etdiyim dualarım möcüzəvi şəkildə gerçəkləşdi. Tanrı mənim üçün möcüzə göstərmədi. Ancaq o məni Deniel üçün bir möcüzəyə çevirdi.

Biz onunla qarşılaşanda mənim iyirmi dörd yaşım vardı. Axşam uşağın anası məni qucaqladı. Patti dedi ki, bizim görüşümüz onlar üçün gələcəyə doğru bir addım oldu. Onlar sanki mənim timsalımda öz böyümüş oğlanlarını qucaqlayırdılar.

“Təsəvvür edə bilməzsiniz, - o dedi, - Mən, Tanrıya yalvarırdım ki, məni və oğlumu unutmadığı haqda bir işarə yollasın. Siz – möcüzəsiniz. Siz – bizim möcüzəmizsiniz!”

Ən gözəli odur ki, həmin bazar günü ABŞ-da yaşadığım il ərzində birinci dəfə valideynlərim Avstraliyadan məni ziyarət etməyə gəlirdilər. Bir neçə gün sonra anamla atama Deniel və onun valideynləri ilə görüşmək qismət oldu. İndi özünüz təsəvvür edin ki, onlar bir-biri ilə nələr danışdılar.
Kris və Patti məni Denielin xeyirxah mələyi hesab edirdilər, ancaq onlar üçün əsil mələk rolunu mənim valideynlərim oynadı.

 Mənim valideynlərimdən başqa kim, onlara əlsiz-ayaqsız bir uşağı saxlayıb böyütməyin yolunu başa sala bilər? Biz bu adamlara təkcə ümüd vermədik, həm də onlara Denielin az qala normal həyat yaşaya biləcəyinə sübut göstərdik. Hələ bu harasıdır Deniel böyüyüb insanlara bölüşəcəyi bir istedadını üzə çıxaracaq. Biz təcrübəmizi onlarla bölüşdür, onları ilhamlandırdıq və dəstəklədik. Biz onlara ətrafları olmayan bir adamın da tam xoşbəxt ola biləcəyini sübut etdik.

Ancaq Deniel də bizim xeyirxahımız oldu. O mənə mənim ona verdiyimdən daha çox şey verdi, çünki o güc və xoşbəxtliklə dolu idi. Bu mənim üçün heç gözləmədiyim halda verilən mükafat idi.


Комментариев нет:

Отправить комментарий