12 февр. 2015 г.

Nik Vuyçiç: Yol axtarışında

Photo: plainjoephotoblog.com
Bir dəfə mən yeniyetmələr qarşısında çıxış edirdim. Bu mənim ən böyük auditoriyam idi. Mən onlarla hisslərimi və inancımı bölüşürdüm. Bu zaman qəribə bir şey baş verdi. Mənim çıxışım zamanı zaldakı bir çox insanın gözləri yaşardı. Qızlardan biri özünü saxlaya bilməyib bərkdən hönkürməyə başladı. Mən nə baş verdiyini anlamadım, ola bilsin o qızın hansısa kədərli xatirəsini yada saldım. O cəsarətini toplayıb, əlini yuxarı qaldırıb, göz yaşlarını silərək danışmağa başladı. O hətta gəlib məni qucaqlamaq istəyini də dilə gətirdi. Mən şok içində idim.


Onu səhnəyə dəvət etdim. O zalın içindən keçib səhnəyə doğru addımlayarkən, hələ də göz yaşlarını silirdi. Bundan sonra isə o məni bərk-bərk qucaqladı. Bu mənim həyatımda ən gözəl anlardan biri idi, hər kəsin, həmçinin mənim də gözlərimdən yaş axırdı. Ancaq mənə ən çox təsir edən qızın qulağıma dediyi sözlər oldu, o dedi ki: “Hələ heç kim mənə elə beləcə də gözəl olduğumu deməmişdi. Heç kim məni sevdiyini deməmişdi. Siz mənim həyatımı dəyişdirdiniz, siz özünüz də möhtəşəmsiniz”.

O ana qədər mən hələ də cəmiyyət üçün dəyərli birisi olduğuma inanmırdım, sadəcə bir dəstə yeniyetmə ilə söhbətlər etdiyimi sanırdım. Ancaq, birincisi, qız məni “möhtəşəm” adlandırıdı (və bu çox xoş idi). İkincisi, ilk dəfə olaraq çıxışlarımın insanlara xeyirli olacağına inandım. O qız mənim həyata yanaşmamı dəyişdi. “Bəlkə həqiqətən də ətrafımdakı alımı bir faydam dəyə bilər?” – deyə düşündüm

Bu cür hadisələr mənə göstərdi ki, əlilliyimə baxmayaraq bu dünya üçün mühüm şeylər edə bilərəm və insanlar məni dinləməyə hazırdırlar. Onlar mənə inanırdılar. Sözlərimin onlara problemlərini çözməkdə yardımçı ola biləcəyini instinktiv olaraq hiss edirdilər. Çünki, mənə bir nəzər salmaqla, hansı maneələri aşıb gəldiyimi anlamaq mümkündür.

Tanrı saysız hesabsız məktəblərdə, kilsələrdə, həbsxanalarda, yetimlər evlərində, stadionlarda, konfrans zallarında insanlara təsir etmək üçün məndən istifadə edir. Mən minlərlə insanı qucaqlayıb, onların dünya üçün necə dəyərli olduqlarını deyirəm. Tanrının onlar üçün planı olduğunu insanlara izah etmək, mənimçün böyük xoşbəxtlikdir. Tanrı mənim qeyri-adi bədənimi götürüb insanları həvəsləndirmək və ilhamlandırmaq qabiliyyəti ilə hədiyyələndirib. Tanrı insana ümüd və gələcək veribsə, mütləq onunla bağlı  bir planı da var.

Nik Vuyçiç: Anamın əzabları


Комментариев нет:

Отправить комментарий