![]() |
Foto: kultaz.com |
Taxtdan salınan prezidentin şəxsiyyətini təsdiq edə bilən yeganə ləyaqətli sənəd - onun ölümü barədə şəhadətnamədir.
Onların hamısı beləcə, bir-birinin ardınca gedirdi, o isə kədərli üzüylə hər biri üçün: «Yazıq!» deyirdi və heç kimin ağlına belə gəlmirdi ki, bütün bu qəfil ölümlər bilavasitə onun gizli əmriylə həyata keçirilir. Hər ölən haqqında hörmətlə rəsmi xəbərlərdə belə məlumat verilirdi: «vəzifə borcunu yerinə yetirərkən həlak olub». Hər biri də xüsusi təntənə ilə milli qəhrəmanların qəbristanlığında dəfn edilirdi. «Qəhrəmansız vətən, qapısız ev kimi bir şeydir, senyor!»