İşim çox olduğundan blog yaza bilmirdim. Bu aralar hədsiz gərgin işləyirdim. Maksimum çalışacam bu qədər ara verməyim. Nə isə keçim mətləbə... 2-4 sentyabrda Nabranda Bloqosfer 2011 forumu keçirilmişdi. Forumun sponsorlarından olan AquaVita şirkətinin nümayəndəsi səhnəyə çıxıb elan elədi ki, bloqqerlər arasında yazı müsabiqəsi keçiriləcək. "Yazı istər tənqidi, istərsə də xoş sözlər yazın, oxuyub qiymətləndirəcəyik". Açığı, bloqqerlər arasında bu cür müsabiqə birinci dəfə keçirildiyindən müsabiqəni uğurlu hesab etmək olar. Bundan əvvəl özəl şirkətlərin bəziləri ancaq jurnalistlər və tələbələr arasında yazı müsabiqəsi keçirblər. Nəticələrini isə bəziləri ədalətsiz olduğunu təsdiqləyib. Nə isə, bu tamam başqa mövzudur. Bu barədə çalışacam başqa vaxt yazım.