25 сент. 2011 г.

Seksual inqilab qaçılmazdır

Yəqin may ayında Eurovisionda qalib olanda insanların şəhərə çıxıb oynamaları, qızların soyunmaları və s. görməmiş deyilsiniz. Bununla bağlı hətda "Seksual inqilab" yazısı da yazıldı. O yazıdan sonra dedim, insanlarda müəyyən qədər də olsa bir az dəyişiklik ola bilər. Amma yanılmışam...


Yanılmağımı çalışacam qısa da olsa açıqlayım. Qohumlarımızdan biri saat 5-də zəng elədi ki, 7 tamamda Niaqara restoranında ol, filankəsin ad günüdür. Etmə tənbəllik istirahət üçün saat 7.30-da restorana getdim.

Meydan təzəcə qızışmağa başladı ki, beş qız (kvinted) ortalığa düşüb oynamağa başladılar. Əvvəl heç kim fikir vermirdi amma sonra Niaqarada olan kütlə bunlara baxmağa başladılar. Mini yupkalı qızlar səhnədən demək olar ki, çıxmırdılar. Bizim stolda oturan oğlanlar da o qızlara baxırdı amma stolumuzda olan qızların etirazına görə baxmaqdan qismən məhrum oldum. Amma fikrim yenə də onlarda idi. Bir növ istəyirdim bunun sonunu görüm. Bütün kütlənin diqqəti bu qızlarda idi.

Restoranda olan başqa oğlanlar sanki, sürüdən ayrılmış quzu görmüşdülər. Hamısı da o qızlarla oynamaq fikrində idilər. Kurtkayla, pencəklə oynayan kim arvadı yanında olan ağzıaçıq kişilər daha nələr-nələr... Hamısı iştahla mini yupkalılara baxırdılar. Sanki həmin qızlar rəqsdən sonra bunların yanına gələcək və ...


Saat 21-dən sonra vəziyyət tamam dəyişdi. İçki içib səhnədə oynayanlar çoxalmağa başlayırdı. "Kvinted" hələ də ortadan çıxmırdılar. Oğlanlar öz "para"ları (cütlük) ilə oynaya-oynaya həmin qızlara acgözlüklə baxmağa başlayırdılar. Parası olmayanların vəziyyəti olduqca acınacaqlı idi. Vəziyyəti əldən buraxmaq fikrində deyildim, həmin qızların şəkillərini çəkmək istəyirdim ki, üç mənim boyda olan enli kürəkli oğlan yaxınlaşıb "Qaqaş onları çəkmək olmaz! Öz adamlarıvı çək!! Birinci dəfə idi ki, oynayanları çəkəndə belə reaksiya ilə qarşılaşırdım. Nə isə.

İçkili oğlanlar bu qızların ətrafına yığışdıqca qızların da ətrafına boynuyoğun cangüdənlər gəlməyə başladılar. Demək bu qızlar heç də sadə vətəndaşlar deyillər. Kimdirsə böyük adamdandırlar. Hər halda ətrafda olan ofisiantların təlaşından bunu anladım. İçikili cavanların bu qızlara fahişə gözü ilə baxması hələ də gözlərindən getmirdi. Artıq oğlanların sifətində qızları virtual olaraq zorlamaq istədikləri həkk olunmuşdu. Hətta bəziləri uyumuş halda qızlara baxırdı. Arxa stollardan "Ufff qızlara bax... Ala bu qızı bilirsən neyniyərəm?! Ala bunlar kimlərdir? Ayaqlara bax gör necə oynadır....." Tamam iyrənc səhnə yaranmağa başlayırdı. Restoranda çox oturmadım. Artıq yorulmuşdum gedəndə qızlardan bəzilərini hələ də restoranda idilər. Oynamaqlarına davam edirdilər. Davamı necə olduğunu day bilmədim.

Onu anladım ki, əyalətdən gələn oğlanlar şəhərdə çoxluq təşkil etməyə başlayır. Bu da "yanıq"ların sayının çoxalmasına gətirir. Nə etsinlər rayonda toyuq-cücədən başqa bir şey görməyənlər, ehtiyayclarını pornoqrafiyaya baxmaqla keçirirlər. Belələrini görəndə hətta yolda da sekslə də məşğul ola bilər. Odur qızlar,  bura Azərbaycandır, gözləmədiyin hadisələr baş verə bilər. Bir az ehtiyyatlı olun! Seksual inqilab qaçılmazdır.
  

Комментариев нет:

Отправить комментарий