24 сент. 2011 г.

Macera dolu Amerika


Bu yazını əslində çoxdan yazmalı idim. Daha aktual daha maraqlı hadisələr olduğundan sakit bir vaxt tapıb fikrimi cəmləşdirə bilmirdim. Axırı yeni jurnalımız çıxmasıyla bağlı axırı məcbur oturub yazdım. Yazının bir hissəsi 25-ci KADR jurnalında çap olundu. Tanış dostlar yazının qalan hissəsini də yazmağı xahiş edlədi. odur. Odur bütün hissələri birləşdirib tamamladım. Beləliklə, oxuyanlar üçün təkrar olsun, oxumayanlar üçün ilk yazı.... 
Getdiyin ölkədə nə qədər lazımlı adamsan (c)
Hollywood dağı
Nə qədər ki, Los Angeles (Los Angeles International Airport (LAX) ) aeroportunda ayağım dəyməmişdi, bütün hadisələr mənə yuxu kimi görsənirdi. Aeroprtdan çölə çıxanda özümü nağıllar ölkəsində hesab elədim. Aeroportdan çıxan kimi qaradərili taksi sürücülərin "Welcome to Los Angeles" sözündən sonra bir az özümə gələ bildim. Maraqla hər tərəfə baxırdım. İlk diqqətimi çəkən maşınların çoxluğu oldu. LAX mərkəz aeroport sayıldığından maşınların sayı hədsiz çox idi. Amma ən əsası, heç bir maşının siqnal verməməsi idi. Bir sözlə maşın çox, tıxac isə yox. Hələ işıqlı 4-5 mərtəbəli reklamları demirəm.

Reallığa çevrilən serial

Açıq etiraf edirəm Los Angelesin ilk həftəsindən sonra havalanmağa başlayırdım. Bunu təyyarədən yerə enən gündən gördüm. İllərlə baxdığım kinolarda gördüyüm yerləri bu dəfə canlı görürürdüm. Demək olar ki, yaşadığım hər gün serialın bir hissəsidir. Polisin sənə nəzakətli davranışı, avtobus sürücüsünün sənə ehtiramı, insanların gülümsəməyi, bundan başqa tələbələrə xüsusi qayğını görəndə bu vəziyyətə düşürsən. Zaman keçdikcə reallığı qəbul edirsən, və həyat əvvəlkinə nisbətən daha rahat və xoş keçməyə başlayır.

İşləmək istəməyən bomjlar

50 mərtəbəli bina
Nədənsə Azərbaycan gəncliyinin bəziləri Amerika deyəndə gözlərinin qabağına pul, var-dövlət gətirirlər. Apardığım araşdırma bunu göstərdi. Dost-tanışla söhbət edirsən deyir niyə gəldin? nə var ee burda, qalardında orda! kimi suallar verməyə başlayırdılar. Amma elə deyil!! Açığı Amerikada 4 ay yaşadım onu anladım ki, Amerikaya gəlirsənsə ancaq təhsillə bağlı gəmək məsləhətdir. Qalan istəklər ondan sonra reallaşa bilər. Düzdür alacağın 2 həftəlik maaşın sənin Azərbaycandakı 1 aylıq maaşına bərabərdir. Bu o demək deyil ki, sən orda yaşamalısan. Təhsili olmayana nə öz vətənində, nə də ondan kənarda normal iş verilir. Amerikada da elədir. Burda fəhləlik elədin yaxud da orda eyni şeydir. Amerikanın bir xüsusiyyəti yaxşıdır ki, işsiz adam yoxdur, işləmək istəməyən bomjlar var.

Yaranan problem sevinclə qarşılanır

Hər hansı bir işdə yaranan qüsura görə amerikalılar sevinirlər. Səbəbini Richard adlı dostumdan soruşanda belə izah elədi. "Hesab elə sənin işində hər hansı bir qüsur yaranıb, və sənin işin iflic olub sən işləyə bilmirsən. Bir başqa adam isə, həmin bu problemi çözə bilir. Və sənə təkliflər verib problemi həll etməyə çalışır. Sonda hər ikiniz qazanırsız. Onun işi bərpa olunduğuna görə gəlirləri gəlməyə davam edəcək. Sən də işi həll etdiyinə görə sənin də pulun ödənilir. Ona görə deyirlər ki, Amerikada hər şey inkişaf edir. Daha şərqlilər kimi, yaranan problemi şişirtmirik. İşdə yaranan problemi tapıb, maksimum həllinə həllinə çalışırq. Belə olduğu halda hamımız qazanırıq. (şərhsiz)

Simvolik məzarlıq

simvolik məzarlıq
İnsanların istirahət günü şənbə və bazar günü olduğundan hər kəs əyləncə parklarına, okena çimməyə gəlirdi. Californiya qubernatoru təbliğat məqsədilə hər həftənin şənbə günü Sakit Okeanın sahilində İraqda şəhid olmuş və yaralanan əsgərlər üçün simvolik olaraq məzarlıq yaratmışdır. Onlar üçün xüsusi tabutlar, bayraqlar və başdaşları qoyulmuşdu. İnsanları kədərləndirən hal isə yaradılmış tabloda ölənlərin sayının artması idi. Öz uşaqları ilə gələn valideynlər övladlarına Amerika ordusundan, əsgərindən, onların göstərdikləri rəşadətdən danışırdılar.

16 yaş və azadlıq

Amerikada 16 yaş standart olaraq qəbul olnub. Bu yaşdan sonra valideynlər öz övladlarına seçim huquq verirlər. Hələ bəlkə də bu daha erkən baş verir. Yeni gənclər öz talelərini özləri həll edirlər. Nə olmaq istədiklərini də. Çoxları düşünə bilər elə bundan sonra avaraçılıq başlaya bilər. Amma elə deyil. Həmin gənclər vəziyyəti lap uşaqlıqdan anlayırlar ki, oxuyub irəli getmək mümkündür. Elə buna görə də, amerika tələbələrinə xüsusi qayğı və ehtiram göstərilir ki, gələcək məhz bu gənclərin əllərində olacaq.

Uydurulmuş söz və optimistlik

Amerikanın təhsili asan deyil o cümlədən iş rejimi. Azərbaycandan gedəndə bizə dəfələrlə deyilmişdi, orada təhsil, iş olduqca çətindir. Doğrudanda heç bir iş asan əldə olunmur. Sadəcə amerikalı dostumun bir sözü olduqca dəyərli idi. "Çətin heç bir şey yoxdur, sadəcə bu "çətin" sözünü bəzi adamlar uydurub. Hamımız da bu sözdən qorxuruq. Əgər sən başlamaq istədiyin işə qorxa-qorxa yanaşsan təbii ki, işin nəticəsi uğursuz alınacaq. Odur verilən işə daha enerjili yanaşmalısan" Maksimum optimist olamlıssan.

Çərçivə daxilində "əyyaşlıq"

Vaxtından çox işləmək olmaz yoxsa rəhbərlik tərəfindən töhmət ala bilərsən. Bu, bütün Amerikada bir qaydadır. Odur Amerikavətəndaşları həftənin şənbə və bazar günləri evlərində tapmaq demək olar ki, çətindir. Ailəlikcə hamı, ya restorana, ya istirahət parkına və s. yerlərə gedirlər ki, həm istirahət eləsinlər, həm də növbəti həftə üçün bir növ enerji toplamış olsunlar. Hətda işlədiyin şirkətin rəhbəri ilə oturub bir yerdə pivə içə bilərəsən, o səni öz maşınında evə də gətirə bilər.

Fast food problemi

Amerika qadınlarının əksəriyyəti evdə yemək bişirmir. Ancaq kasıb təbəqə bazarlıq edib, yemək bişirir. Qalanları isə, hazır yeməkləri fast food-ları alıb, yeyirlər. Elə belə olduğundan 1-2 həftədən sonra mədəmdə problem yaşanmağa başladı. Öyrəşməmişdik bu vəziyyətə, zaman-zaman bu da öz həllini tapdı. Bir fast food-un qiyməti 4-5 dollar civarında təşkil edirdi. Ümumi restoranda yemək isə ən azı 50-70 dollar xərcləmək demək idi.

İnsanların inamı

Amerikada diqqətimi daha çox çəkən evlərin hasarsız olmasıdır. Bir növ insanların bir-birinə inamlı olmasından irəli gəlir. Bəzi evləri 30 sm-lik ot bağlaya bilər. Buna da çox nadir hallarda rast gəlirsən. Həm də çox maraqlıdır ki, Amerikaklıların bəziləri öz evlərində bizim kimi illərlə qalmırlar. Bir müddətdən sonra evlərini kirayə verib tərk edirlər. Səbəbini də iş həyatı ilə əlaqələndirirlər. Evlər olduqca baha olduğundan Amerikaya gələnlər daha çox kirayə qalmağa üstünlük verir. Yani ev almaq elə də sərfəli deyil. Kirayədə qalanlardan isə bir az məsuliyyət tələb olunur. O da, nəzərə alınmalıdır ki, evin kirayəsi bir gün belə geciksə evdən məcburi çıxarılacaqsan. Sonda çöldə gecələməyə məcbur olacaqsan. Bu isə stress və depressiyaya gətirib çıxara bilər. Necə ki, work and travel ilə gedən bir çox tələbə bunu yaşayıb.

"Üzr istəyirəm, tanımıram"

Los Angelesdə üzüldüyüm bir şey var idi. Oradakı insanların Azərbaycanı tanımamasıdır. Bütün millətlərdən adamlar var. Bir çoxları bizim gəlmə olduğumuzu bilib hardan gəlmisiz sualını verirdilər. Azərbaycan deyəndə "üzr istəyirəm, tanımıram" cavabını alırdıq. Azərbaycanı tanıtmaq üçün isə, neft, qaz, muğam, zad keçmirdi. Sadəcə bir kəlmə Ermənistanı tanıyırsız? "Hə" cavabı aldıqdan sonra isə, "bax həmin ölkə ilə müharibə şəraitində olan ölkədənik" deyirdik.

Mentalitet yoxsa reallıq

Venis (Venice) kanalı
Mənimlə bir yerdə çalışan oğlan qaradərili qıza dəlicəsinə aşiq olmuşdu. Saatlarla telefonla danışmalar, sms-lər daha nələr-nələr.... Sonda oğlan bizə, qızın hamilə olduğunu deyəndə hamımız şoka düşdük. Niyə? Necə? Harada? Kimlə? kimi sual atəşinə tutduq. Oğlan bizə, qızın bundan əvvəl daha üç oğlanla münasibətdə olduğunu, sonuncusundan hamilə olduğunu dedi. Qızın anası da, uşaq dünyaya gətirməsə qızı evdən qovacağı ilə hədələmişdi. Hələ üstəgəl anası qıza "sən bundan sonra ola bilsin hamilə olmayasan" da kəlməsini dedi. Sözün açığı bunu eşidəndə normal qəbul etməyə çalışırdım. Harada olduğumu bilirdim, kimin nə etdiyi də göz qabağında idi. Sadəcə seçimdə idim, bunu mentalitet kimi qəbul edim yoxsa reallıq kimi...

20 dollarlıq toy

Amerika toyu olduqca maraqlıdır. Bizdəki kimi təmtəraqlı keçmir. Toya qonaq çağıranda qonaq az qala səni söysün. Toydan sonra da "bankrot" olma ehtimalı stress və s. toy bir növ böyük problemə çevrilmiş olur. Odur orada bir az fərqlidir. Gəlin və bəy 20$ (dollar) dövlət rüsumu ödəyib rəsmi nigaha daxil olurlar. Bununla da iş bitir. Bundan sonra bəy və gəlin öz rəfiqələrini bir yerə toplayıb kiçik parti (party) təşkil edirlər. Beləliklə də toy bitmiş hesab olunur.

Polis sevgisi

Los Angelesdə maşınlarda velosipedlərdə, skeytlərdə (skate) qanunu qorumaq üçün polislər gəzişir. Əsl polis vücudu görünürdü. Polisi uzaqdan gülümsəyən görəndə istər-istəməz onunla söhbət etmək istəyirsən. Özümdə cəsarət tapıb polislə söhbət etməyə cəhd edirəm. (canımda Azərbaycandakı polisin qorxusu var) Polislə uzun söhbətimiz oldu, amma maraqlı bir faktı danışdı. Volter adlı polis deyir ki, gəlmə turistlər Amerika qızlarına fahişə kimi baxırlar. Həmin turistlərə elə gəlir ki, bunu etmək olduqca rahat və asandır. Amma unudurlar ki, "fahişə" gözü ilə baxdıqları qızla yatağa gedə bilərlər. Amma qız şerifə şikayət etsə, həmin adamı sorğu-sualsız öz ölkələrinə deport edəcəklər. Artıq qızdan soruşmayacaqlar oğlanın sənin yatağında nə işi var idi???

Son söz

Doğrudan Amerika sənə hər bir şey verir, hər kəsin vətəni ola bilər, tək bir şeyi bilmək lazımdır. Sən Amerika üçün nə qədər lazımsan. Sən nə qədər xeyir verə biləcəksən?! Əgər bu suala cavab tapa bilsən onda Amerikada yaşaya bilərsən.

p.s Amerikaya aid çəkdiyim fotolara buradan baxmaq olar

Комментариев нет:

Отправить комментарий