13 дек. 2010 г.

Ərinin "şeyini" bəyənməyib, yenisini axtaranlar

Foto: google.com
Türkiyədə belə bir adət ənənə var. Əgər adət ənənə demək mümkünsə. Hər il internat məktəblərində 20 cütlüyə toy edirlər. Yani Türkiyənin aparıcı 8-9 aparıcı şirkəti, bir araya gəlib həmin o cütlüklərə toy edirlər. Bundan başqa dövlət həmin ailəni 1 il müddətində kommunal xərclərdən azad edir. Bu, yeni ailə qurmuşlar üçün yardım məqsədi daşıyır. Bu belə.... Keçim bizə...


Azərbaycan kanallarımız ATV və ANS cinsinnən asılı olmayaraq hamısına toy eləmək fikrinə düşüb. Bu sadəcə qızmış oğlanlara yaranmış əla fürsətdir. Yaxud da universitetin 4-cü kursunu bitirib özlərinə oğlan, qız tapmayanlar üçün. Verlişə gəlib "sevgi kataloqu"nda olan subay namizədlərə baxıb seçim edirlər. Sonra çay süfrəsi daha nələr-nələr... Sözün açığı verlişə cəmi bir dəfə baxmışam o da yarımçıq. Amma verlişin yaratdığı rezonans el-aləmi bürüyüb. Demək olar ki, balacadan tutmuş böyüyə kimi hamı bu verlişlərdən danışır. Qızlar da ərə getməyin ən əla metodunu tapıblar. Namaz qılıb, oruc tutram, çox tərbiyəli qızam və s.deməklə özlərini sığortalayırlar. Sanki özlərini oğlanlara sırımaq istəyirlər. Axı niyə?! Nə məcburdur? Hələ verlişə gələn "anaları" demirəm. Əgər ana demək mümkünsə. Ərinin "şeyini" bəyənməyib, yenisini axtarır. (Şey - dedikdə ümumi nəzərdə tuturam, xasiyyət, hərəkət və s. ) Hətda verlişə haqq qazandıranlar da var. Əşi özləri bilər... Sadəcə onu deyim ki, bu verliş Azərbaycanda boşanmaların sayını artıracaq. Ondan başqa heç nə.

p.s Keçən il, maraqlı video gördüm istərdim baxmayanlar da baxasın. Demək belə, Türkiyənin alternativ musiqi qruplarından “Portecho”nun yeni mahnısına çəkdiyi klip çəkib. “Studio Plastico” studiyasında  çəkilən yeni klipdə rejissor Berkun Oya, bədəninin yuxarı hissəsini çarşabla örtən, aşağıdan isə mini yubka geyinən bir qadını İstanbul küçələrində dolaşdırır. Küçələrdəki çəkilişlər zamanı çöx fərqli reaksiyalar oldu. Küçələdə gəzən qıza  “kafirlər” deyə qışqıran da oldu, “çox yaraşmış” deyə lağ edən də”. Şərhsiz...



Комментариев нет:

Отправить комментарий