13 дек. 2010 г.

Work and Travel-in gətirdiyi problemlər


Azadlıq radiosunda "Azərbaycanlı tələbələr ABŞ-da necə “küçədə qaldılar”? DİNLƏ

Work and Travel (WAT) ABŞ hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramıdır. Bu proqram dünyanın müxtəlif ölkələrindəki universitet tələbələrinə yay tətili müddətində Amerikada işləyib, ingiliscə danışıq təcrübəsini inkişaf etdirmək, dünya və müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı verir. Mehmanxanalardakı resepsiyonist, mərtəbə cavabdehi,
qapıçı, ofisiant, çamaşırxana işi, təmirçi işləri, kassir, aşbaz və ya köməkçi aşbaz, əyləncə parklarındakı oyun cavabdehi, cangüdən, dayanacaq cavabdehi (parking), satıcı, mühafizə, yükdaşıyan, qabyuyan və sairə işləri Amerikada Work and Travel proqramı çərçivəsində işlənə biləcək işlər arasındadır. WAT proqramı mədəniyyətlər arası mübadilə proqramıdır. Proqrama qoşulan tələbələr ixtisas işlərində işləyə bilməzlər. Tələbələr ümumiyyətlə çox təcrübə tələb etməyən “sadə işlərdə” işləyirlər.

Bu work and travel-in qısa təsviridir. Amma görünməyən tərəfləri də var ki, bunu şirkət rəhbəri demir. Düzdür, Azərbaycanda və başqa ölkələrdə yaşayan tələbələrin arzusu Amerikanı və Avropanı gənc yaşlarında görməkdir. Bu səyahət istər-istəməz insanın dünya görüşünə təsir edir. Amma “Amerika” adı altında ora gedib, saatına 8-10$ (dollar) işlə təmin olunacam, pul qazanacam, ingilis dilini öyrənəcəm və s. bunlar hamısı gözə pərdə asmaqdan başqa bir şey deyil. Azərbaycanda və başqa ölkələrdə fəaliyyət göstərən şirkətlərə yüzlərlə tələbələr bu proqrama müraciət edirlər. Düzdür dünyanın inkişaf etmiş ölkəsində olmaq, oranın qayda-qanunu görmək olduqca maraqlıdır. Kinolarda gördüyün yerləri canlı görmək, insanların gülərüzlüyü, hər şey sərbəst olan bir ölkədə insanlar qanun çərçivəsində istədiklərini edikərinin şahidi olmaq istər-istəməz səndə həyata marağı artırır.

Bu işin bir tərəfi

Keçim işin digər tərəflərinə. Tərslikdən nədənsə elə də çox böyük imkanı olmayan tələbələr bu proqrama müraciət edirlər. Şirkətə müraciət etdikdə səndən maksimum 2500 dollar pul çıxacağını deyirlər. Amma sonda 2500-dən çox olduğunu ortaya çıxır. Nə isə, qısası işin xırda detallarını şirkət rəhbərləri özlərinə sərf etmədikləri üçün demirlər. Onu qeyd edim ki, Amerikada heç bir iş asan deyil, yani ora getməmişdən əvvəl düşünmək lazımdır, orada işləyə biləcəm? Çətinliklərə tab gətirə biləcəm? Müqavilə bağladığın şirkət bununla bağlı heç bir məsulliyyət daşımır. İşdən çıxdığın təqdirdə işsiz qalma ehtimalın 90%-dir. Yani, səni işə götürən şirkət rəhbəri səndən istədiyi kimi istifadə edir, istədəyi sözü deyə bilər. Səndə bütün sözləri qəbul edib işləməyə məcbursan, çıxdığın təqdirdə işsizsən. Digər işlərdə onun kimi... Çox gənclərimiz iki işdə işləməyə razıdılar. Təki pul gəlsin, “hər cür çətinliyə dözərəm” prinsipiylə. Bu da həftəyə 50-60 saat edir. Təxminən həftəyə 400-500 dollar. (iki işdə işləmək insan istismarından başqa bir şey deyil) Birdə Amerikada “qara fəhlə” deyilən Meksikalı dəstə var. Hər bir çətin işdə işləyirlər. Asan-çətin fərq etmir səndə onlardan biri olursan... Səyahətə gəldikdə isə, hesab edək ki, işləyib müəyyən məbləğdə pul qazanmısan, Əzab-əziyyətlə qazandığın pulu xərcləməyə əlin gəlmir. Ya gərək səyahət edib maraqlı yerləri gəzəsən ya da, hər şeydən imtina edib yığdığın pulu geri gətirəsən. Amma bir çox tələbələr, 15 min kilometr yolu basa-basa gəlib, amerikanın görməli yerlərini görməyib geri qayıtmağı özlərinə sığışdırmadığından hər şeyi kənara qoyub qazandıqları pullarla səyahət edirlər. Bəziləri isə əksinə...
Amma gənc tələbələr üçün Amerikada işləmək üçün yox, təhsil üçün getməyi olduqca əladır. 

Комментариев нет:

Отправить комментарий