Çox sevdiyim yazar Aqşin Yeniseyin yazılarındandır. Olduqca maraqlıdır. Yazı çoxdan yazılsa da yadıma düşdü istədim sizlərlə bölüşüm. Oxumayanlar üçün məsləhətdir.
Epidavrın qədim amfiteatrında gənc bir dirijor məşq edirmiş. Ətrafda qoyun otaran üç çoban orkestrın səsini eşidib qoyunları itlərin ixtiyarına buraxır və musiqiyə qulaq asmaq üçün dağdan enib amfiteatra gəlirlər.