23 сент. 2011 г.

Eurovision pulla alınıb?!

flickr.com
Ötən yazımda Eurovision-la bağlı qısa yazı yazdım. Bu dəfə isə, BBC-də gedən yazı diqqətimi çəkdi. Yazıya gələcəm amma qısa olaraq fikrimi deyim. Bu yazıdan sonra bir növ şübhələrimi doğrultmağa başladı. Eurovisionda qalib olanda fikrimə gələn ilk söz "görəsən yarışmanı alıblar??" sözü oldu.
Açığı bizdə vəziyyət elə həddədir ki, nə baş verirsə şübhəylə yanaşmağa başlayıram. (bilmirəm bəlkə də pis xasiyyətdir) Hətta qalib olanda şəhərə çıxdım ki, görüm insanlar necə reaksiya verir ona baxım. Oynayan, soyunan, qışqıran kütlə və s...

Təxminən bir neçə ay bundan qabaq, Fənərbaxçanın rəhbərliyi oyunu aldığına görə, həbs etdilər. Dedim əşşii biz aydan təmiz sudan duruyuq. Bizdə heç vaxt belə şeylər olmaz deyə fikirləşirdim. Amma...

Amma bu gün BBC-də gedən yazı tamam fərqli idi.

BBC-nin Newsnight televerilişi Azərbaycandan Beynəlxalq Boks Təşkilatına milyonlarla dollar məxfi ödəmələrə dair dəlillər aşkar edib.

WSB (World Series Boxing) rəhbəri iddia edirdi ki, pullar Azərbaycan boksçularının Londonda 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal qazanacaqlarına zəmanət verilməsi müqabilində alınıb.

Sənədlər arasında İvan Xodabaxşdan Azərbaycan nazirinə aşağıdakı sorğu ilə elektron məktub da var: “Xahiş edirik, investisiya pullarını mümkün qədər tez WSB America-nın hesabına köçürəsiniz”. Hazırda anonim investor artıq WSB America-nın hesabına 9 mln. dollar ödəyib.

Əgər 2 qızıla görə 10 mln ödənilibsə, onda belə sual çıxır Eurovision da qalib olmaq üçün nə qədər pul verilib??




Комментариев нет:

Отправить комментарий