19 сент. 2011 г.

Bunlar "Yalnız Bakıda" ola bilər

Ötən yazımda "Yalnız Azərbaycanda" yazısını yazdım. Yazı olduqca böyük reaksiya doğurdu. Düşündüm bu dəfə bir az yığcam edim. Amma bu dəfə Azərbaycan deyil, "Yalnız Bakıda" şahidi olduğum hadisələri yazdım.  Beləliklə, başladıq...


Yalnız Bakıda qızlar 30 yaşına çatanda "evdə qaldım" deyə bilər
Yalnız Bakıda bankomatların qarşısında bir nəfər 4-5 adamın kartından istifadə edə bilər
Yalnız Bakıda əyalətdən gələn oğlanlar özlərini müasir göstərmək üçün "pidaraZ" söyüşü söyə bilər
Yalnız Bakıda qızlar günorta saatlarında Tarovıda gecə geyimində gəzə bilərlər.
Yalnız Bakıda bəziləri özlərini ingilissayağı göstərmək üçün "Q" əvəzinə "G" yaza bilər (qoymaq, goymag kimi)
Yalnız Bakıda metroların girişində insanlar arxadan gələn kütləni nəzərə almadan ağızlarını ayırıb paltarlara baxa bilərlər
Yalnız Bakıda qızlar ərə getməkdən ötrü, oğlanı tələsdirə bilər.
Yalnız Bakıda qızlar analoqu olmayan söyüş və qarğış yağdıra bilər.
Yalnız Bakıda pulu olmayan avaralar bahalı telefon gəzdirə bilər
Yalnız Bakıda gözəl qızların yanında "çirkin qız" gəzir düşünən oğlanlar ola bilər.
Yalnız Bakıda qızlar özlərini təmiz göstərmək üçün "mən müqəddəs yerlərə ziyarətə gedəcəm" deyə bilər
Yalnız Bakıda qızlar özlərini oğlanlara göstərmək üçün yekə-yekə danışa bilər.
Yalnız Bakıda qızlar qohum-qonşudan söz gəlməsin deyə tez nişanlanmağı ya da ərə getməyə tələsə bilər
Yalnız Bakıda bəziləri ideal yoldaş axtarışında ola bilər.
Yalnız Bakıda polislər mobil telefonlarını köynəklərinin altında, qarınlarında gizlədə bilər.
Yalnız Bakıda Tarqovı deyilən küçədə şəkil çəkdirməkdən ötrü "ölən" insanlar ola bilər
Yalnız Baklıda yay fəslində yağış və külək olmasına baxmayaraq, qızlar mini, oğlanlar isə qısaqol köynəkdə gəzə bilər.
Yalnız Bakıda, sənə yaxınlaşıb "səhərdə qalansan?" sualı verilə bilər.


Комментариев нет:

Отправить комментарий