![]() |
qanun.az |
Bu gün bir tanınmış jurnalistə, özü də qız jurnalistə qonaqlıq uduzdum. Sözün əsl mənasında kifayət qədər tərlədim.
Nə isə necə olmasa da dostlarımızdandır. Yemək yeyən vaxtı siyəsətdən elə dəm vururdu ki, dedim yəqin 50 illin siyasətçisidir. Uzun sözü qısası ayrılanda mənə Markesin "Patriarxın Payızı" romanını verdi. Təzəcə tərim soyumağa başlamışdı ki, yolnan gələndə təxminən 50-yə yaxın səhifəsini oxuya bildim. Olduqca maraqlı romandır sizlər də alın oxuyun.
Roman yazıçı Afaq Məsudun tərcüməsidir. Əsərin mərkəzində konkret cizgilərdən azad, maksimum tipikləşdirilmiş, bütün gerçək diktatorların xüsusiyyətlərini özündə cəmləyən, ölməkdə olan, amma heç cür ölmək bilməyən, həyatda qalmaq üçün əcaib cinayətlər işləyib, qanlar tökən bir diktatorun hekayəsi durur. Romanın qarmaqarışıq əhvalatı sözü gedən ölkədəki həyatın qarışıqlığı ilə üst-üstə düşür.
Kitabın elektron versiyası amma kitabı alıb oxumaq məsləhətdir. Cəmi 7 manatdır.
Комментариев нет:
Отправить комментарий