29 янв. 2015 г.

Nik Vuyçiç: Açığını deyim...

photo: plainjoephotoblog.com
Mən həmyaşıdlarımla özümü müqaisə edərək və onları ötməyə çalışaraq arzularımı gerçəkləşdirməyə başladım. Yəqin siz də nə vaxtsa məktəbdə təzə uşaq olubsunuz, belə uşaqlar yeməklərini tək başına yeyirlər. Belə təzə uşaq və həm də əlil arabasında oturan bir uşaq olmaq ikiqat çətindir. Bizim Melburndan Brisbenə, ordan ABŞ-a və geriyə Birsbenə gedişimiz mənim problemlərimi daha da dərinləşdirirdi.


Təzə sinif yoldaşlarım mənim təkcə fiziki deyil, əqli əlilliyim də olduğundan şübhələnirdilər. Onlar məndən uzaq durmağa üstünlük verirdilər, əgər özüm cəsarətimi toplayıb yeməkxanada və dəhlizdə onlarla danışmaq istəməsəm, onlar mənə hərhansı bir yaxınlıq vermirdilər. Nə qədər tez-tez danışsaq, onlar mənim qəribə adam olmadığımı daha çox anlayırdılar.

Bəzən Tanrı çətin vəziyyətlərlə özümüzün baş etməyimizi istəyir. Siz arzulaya, xəyal qura, ümüd edə bilərsiniz. Ancaq siz bu arzuları həyata keçirmək üçün hərəkət də etməlisiniz. Siz istədiyiniz kimi birisi olmaq üçün özünüz-özünüzü ötməlisiniz.

Sinif yoldaşlarımın mənim ürəyimin dərinliklərində eynilə onlar kimi olmağımı bilmələrini istəyirdim, ancaq bunun üçün bütün rahatlığımı sərf edirdim, dəridən-qabıqdan çıxırdım. Mən əziyyət çəkirdim və əla nəticələr alırdım. Mən sinif yoldaşlarımla söhbət edirdim, onlara əlli-ayaqlı insanların dünyasında necə yaşadığımı danışırdım. Bu söhbətlərimə görə, zamanla məni tələbə qrupları, kilsə gəncləri qrupları və digər gənclər təşkilatları qarşısında çıxışlar etməyə çağırdılar.

Dediklərimi insanların bilməsi vacib idi. Qəribədir, belə şeyləri məktəbdə niyə öyrətmirlər. Həqiqət bundan ibarətdir: hər birimizə bir növ vergi verilib – istedad, vərdiş, qabiliyət – bizim həyatdan zövq qalıb ilhamlanmağımız üçündür. Xoşbəxtliyə doğru yol bu vergiləri istifadədən keçir.
Siz hələ də yolunuzu axtarırsınızsa, həyatın mənasını anlamağa çalışın, mən sizə özünüzü dəyərləndirməyi təklif edirəm. Bir kağız parçası və qələm götürün, ya da kompyuter arxasına keçin, sevimli məşğuliyyətlərinizin siyahısını hazırlayın. Siz nə etməyi sevirsiniz? Nəylə məşğul olanda zaman və məkan hissinizi itirirsiniz?

Nəylə dayanmadan məşğul olmaq istəyirsiniz? Ətrafdakılar sizdə hansı istedadı görür? Onlar sizin təşkilatçılıq yaxud analitik qabiliyyətlərinizi tərifləyirlərmi? Əgər siz hansı istedadınızın olduğundan xəbərsizsinizsə qohumlarınız və dostlarınızdan soruşun, görün sizin hansı cəhətinizi qabardırlar. Qoy onlar üstün tərəflərinizi sadalasınlar.

Bu həyat yolunuzu təyin etmək üçün ən yaxşı üsuldur, bu üsul ancaq özünüzə məlumdur. Biz bu dünyaya lüt-çılpaq və böyük gözləntilərlə gəlirik. Biz hələ qutusu açılmalı olan bir hədiyyəyik. Sizi əsl mənada maraqlandıran, dayanmadan etmək istədiyiniz şeyləri müəyyənləşdirərək həyat yolunuzu kəşf edəcəksiniz. Buna görə sizə pul verəcək adamı taparaq isə, özünüzə kariyera quracaqsınız.
İlk dövlər başqa gənclərlə qeyri-rəsmi söhbətlərim onlara bir həqiqəti çatdırdı ki, mən də onlar kimi bir adamam. Mən ətrafımdakılara özüm haqda danışmaq imkanı əldə etdiyim üçün minnətdarlıq hissi ilə dolub danışdım, əgər bu vaxtadək diqqətimi ancaq öz daxilimə yönəltmişdimsə, indi ətrafımdakılarla da əlaqə yaratmaq imkanım oldu. Bir həqiqəti anladım ki, insanlar qarşısında çıxışlar mənim üçün xeyirlidir. Ancaq müəyyən bir müddətdən sonra çıxışlarımın ətrafdakılara xeyirli olacağına inanmağa başladım.

Комментариев нет:

Отправить комментарий