23 нояб. 2014 г.

Nik Vuyçiç: Öz yolunu işıqlandır

Photo: plainjoephotoblog.com
Mən əlilliyimə və onun yaratdığı qəribə reaksiyalara gülməyi öyrənmişəm. Ancaq öz dəyərinə olan tərəddüdü aşmaq və özünü odluğu kimi qəbul edə bilməyin bir çarəsi də var. Daxili ağrılarınızı özünüzə dərd etmək əvəzində, başqalarının ağrılarını yüngülləşdirməyə çalışın. Diqqətinizi köməyə ehtiyac duyanlar üzərində toplayın.


Xeyriyyə təşkilatları üçün könüllü olun. Yetimlər üçün pul yığın. Zəlzələ qurbanları üçün tədbirlər təşkil edin. Xeyriyyə marafonları üçün ianə vermək istəyən sponsorlar axtarıb tapın. İmkanlar axtarın və bir müddət sonra onlar özləri sizin ayağınıza gələcəklər.

Özüm kəşf etmişəm ki, bu ürəyindəki sevgi qığılcımını alovlandıra bilməyən insanlar üçün əla yoldur.
Öz problemlərini həll edə bilmirsənsə, başqalarının problemi üçün həll yolu ol. Axı həmişə vermək, almaqdan daha yaxşıdır, doğrudurmu? Əgər özünüzü sevmirsinizsə, onada özünüzü bir işə həsr edin. Bunu etdikdə isə, özünüzü nə qədər dəyərli saydığınızı görəcəksiniz.

Bunu hardanmı bilirəm? Necə bilməyə bilərəm, siz bir mənə, mənim həyatıma nəzər yetirin. Məgər, bir ər elə bilirsiniz mən xoşbəxt, özünü tam gerçəkləşdirmiş adamam?

Özünə qapanmaq heç də xoşbəxtlik gətirmir. Pulla alınmış “Ferrari” sizi milyonların sevimlisinə çevirməz. Sizin sevimli və gərəkli olmanız üçün artıq hər şeyiniz var. Sadəcə daxilinizdəkinin ortaya çıxmasına şərait yaratmalısınız. İdeal olmaq lazım deyil və bu əla bir şeydir. Həyatın mənası kamilləşməyə çatmaqda deyil: sadəcə buna can atmaqdadır.

Siz çalışmalı, can atmalı, özünüzü inkişaf etdirməli, bacardığınız hər şeyi etməlisiniz ki, həyatın sonunda geriyə dönüb baxaraq deyə biləsiniz: “Bütün gücümlə çalışdım.”

Elə bu dəqiqə güzgüyə baxıb deyin: “Bu mənəm və daha yaxşı olmağa hazıram”. Siz möhtəşəmsiniz, çünki Tanrı sizi arzularına uyğun olaraq yaradıb. Sizin borcunuz bu məqsədi başa düşmək, onu ümüdlə doldurmaq, inancla möhkəmlətmək və şəxsi unikallığınızı inkişaf etdirməkdir.

Özünə acıma və qurban təfəkküründən xilas olmaq üçün ancaq bir yolu seçmək olar – özünü sevmək və özünü olduğu kimi qəbul etmək. Narkotika, alkoqol və könlündən keçən hər şeyə əl atmaq ancaq müvəqqəti rahatlıq gətirə bilər, sonra yenə də böyük ağrılar hiss edəcəksiniz. Mən Tanrının övladı və Onun planının bir parçası olduğumu anlayanda, həyatım həmişəlik dəyişdi. Siz Məsihə inanmaya bilərsiniz, ancaq gərək öz dəyərliliyinizə və bu planetə gərəkliliyinizə inanasınız.

Комментариев нет:

Отправить комментарий