![]() |
Photo: plainjoephotoblog.com |
Ancaq biz adi ölümlü canlılarıq, bizim dünya haqda təsəvvürlərimiz xeyli məhduddur. Biz gələcəyi görə bilmirik. Bu həm yaxşıdır, həm də pis. İstəyirəm biləsiniz ki, gələcək sizin gözlədiyinizdən daha yaxşı ola bilər. Ancaq siz buna can atmalısınız! Ayağa durun, irəliyə doğru addımlayın.
Fərqi yoxdur, həyatınız gözəldir, yoxsa onu gözəlləşdirmək lazımdır, yoxsa elə pisdir ki, heç yatağınızdan ayağa qalxmaq belə istəmirsiniz. Fakt faktlığında qalır: burda və indi başınıza gələn hər şey başdan-başa sizdən və sizin Yaradanınızdan asılıdır. Hə, əlbəttə siz hər şeyi idarə edə bilməzsiniz. Çox tez-tez hətta ən yaxşı insaların belə başına dəhşətli şeylər gəlir. Ola bilsin həyat çətinlikləri sizin üçün ədalətsizlik kimi görünür. Ancaq nə edirsən et, hər şey beləcə baş verib, mübarizə aparın və çalışın vəziyyəti yaxşılaşdırasınız.
Bəlkə bu sizin üçün çətindir ya da başqa adamlar buna mane olur. Mən ictimaiyyət qarşısında ilk çıxışımı etməyə hazırlaşanda, hətta valideynlərim də bu addımın doğru addım olduğuna şübhə ilə yanaşırdılar.
“Sən adi hesabdar kimi çalışıb, öz işini qursan daha yaxşı olmazdımı – deyə atam soruşdu. – Bu sənə daha rahat olar”.
Kariyera baxımdan bəlkə də hesabdarlıq mənə daha uyğun bir iş idi, çünki həmişə riyaziyyatı yaxşı oxumuşam. Ancaq uşaqlıqdan bəri inancımı və ümüdlərimi insanlarla bölüşmək ehtirası ilə yanmışam. İnsan həqiqi məqsədini müəyyənləşdirəndə onun daxilində bir ehtiras oyanır. Bu zaman həmin məqsəd üçün yaşamağa başlayırsan.
Əgər hələ də həyatda yol axtarırsınızsa, çətinliklər və depressiyalardan qorxmayın. Bu marafondur, qısa məsafəyə qaçış deyil. Həyatın mənasını anlamaq – böyüməyin, istedadlarının sərhəddindən kənarlara çıxmağın göstəricisidir. Zaman-zaman nəaliyyətlərini qiymətləndirmək tam təbiidir. Siz hərəkətləriniz və prioritetlərinizin ali məqsədə xidmət edib, etmədiyinə qərar verməlisiniz.
Комментариев нет:
Отправить комментарий