![]() |
luxhouse.net |
Doğurdanmı ev veriləcək? Jurnalistləri öldürmək... Nə isə..., artıq Bakıya dönmək vaxtı idi.
Bakıya çatar-çatmaz öyrənməyə çalışdım. Xəbər nə qədər doğrudur. Təsadüfən ANS-də jurnalistlərdən evlə bağlı müsahibə götürürdülər. Birisi deyir, 10 ildir mətbuatdayam hələ də evim yoxdur, o birisinin saçına dən düşüb, deyir evsizəm, bəzi qız jurnalistlər elə sevinirdilər ki, sanki bu evlər artıq bunlarındır. Maraqlısı o idi ki, evi olanlar deyir evim yoxdur, olmayanlarda. Hə dəəə, bir evdə özü yaşayacaq o birisini də kirayə verəcək ayda 300 AZN. Day nə istəyirsən?! Seymur Baycan 30 ildir, kirayə qalır, balnan dolanır. Heç bir söz deyən yoxdur.
Maraqlı o oldu ki, "ev" xəbəri yayılar-yayılmaz qulağıma "əldə qurama jurnalistlər" çıxartmağa başladılar. Ola bilər, nə desən olar. Maraqlı sözdür "əldə qurama jurnalist"
Bu yazını yazmamışdan 10 dəqiqə əvvəl Amerikadakı dostum məktub yazdı. "Deyəsən sizlərə verilən evlər təmirli olacaq" Kişi düz deyirdə... Təmirli evlər veriləcək. Son cümləsini dəyişmədən yazacam "Tunis,Misir, Liviyada aksiyalar baş verdi. Aləm dağıldı, hadisələri də jurnalistlər işıqlandırdı. Bəlkə sizinkilər qabaqdangəlmişlik etmək istəyir. Elədir?"
Nə yazacağımı bilmədim. Original cavab axtardım
Комментариев нет:
Отправить комментарий