9 мар. 2011 г.

Nifrətimin son həddi

Belə..., artıq artıq səni görməyə gözüm yoxdur. Yadımdadır uşaqlıqda səni necə arzulamağım, sənə toxunmağım, səhər açılanda yanımda olmağını... Eh... Düzdür zaman keçir əziyyətdən və zərərdən başqa bir şey vermirsən mənə. Halbu ki səni, ideal varlıq sayırdım nə olsun?!

Heç nə! Çox təəssüf. Uşaqlıqda gecə yatanda səni fikirləşirdim, sənə toxunmağı day nələri təsəvvür edirdim. Amma indi?! O günləri fikirləşdiyimə görə çox peşmanam. Bilmirəm nədəndir amma yəqin ki, zaman bunu tələb etdi. Zamanla ayaqlaşa bilmədim. Çox heyif...

Heç bu qədər adiləşməyin, bu qədər lazmsız olmağını bilmirdim. Lazım deyilsən mənə, amma məcburən də səni ata bilmirəm. Yadımdadır bir neçə ay yox idin yanımda özümü boşluqda hiss edirdim. Hamı mənə, tərs-tərs baxırdı. Gülənlər belə oldu. Necə yəni illərlə bir yerdə olasan birdən-birə bu addımı atmaq?? Çox rahat idim. Səni görmürdüm, səsin belə eşitmirdim. Çoxları nədənsə bu hərəkətimə dəstək verdi. Hətda bəziləri özlərindən də misallar gətirdi. Doğrudan da sənsiz ayrı qalmağı təsəvvür etmək çətin idi + zülüm. Yenidən bir arada olanda sənə toxunanda əzabların baş verdiyini hiss elədim. Hələlik səndən ayrı qala bilmirəm mənim kitayski, köhnəlmiş, ikinömrəli telefonum.


Комментариев нет:

Отправить комментарий