![]() |
myspace.com |
Bəli, Bakcell facebook-a girişi pulsuz elədi. Amma Natiqə qısa bir xatırlatma verim qalanını özü necə bilər elə də etsin.
Təxminən bir neçə həftə bundan qabaq facebook istifadəçilərə xəbərdarlıq etdi. http://ataturkpicti.zxq.net/435816090482=group.html
Bu Facebook-un saxta bir variantıdır. Başqa sözlə saxta bir saytdır. Belə ki bu sayta daxil olduqda “Bir xəta baş verdi. Lütfən şifrənizi və email ünvanızı daxil edib yenidən cəhd edin!“ mesajı ilə rastlaşırsan. Əslində heç bir xəta baş verməyib. Saytın əsas məqsədi şifrəni oğurlamaqdır. İlk cəhd etdikdə sayt artıq şifrəni oğurlayır. Və yenidən eyni mesajı göstərir. İstəyirsən 100 dəfə şifrəni və email düz yaz yenə səhv göstəriləcək. Məqsəd sənin email və şifrəni ələ keçirməkdən ibarətdir. Buna da nail ola bilir.
İndi bu Bakcell-ə necə inanmaq olar ki, facebook-a girişi pulsuz edib. Məntiqlə baxanda Bakcell artıq çökmək üzrədir. Kasıblardan pul toplayaraq büdcəsini formalaşdırır. Pis səslənsədə kasıblarla məzələnir Onların bu cür pulsuz təklif etməyini şəxsən mənim üçün şübhəlidir. Yani sən telefondan internetə daxil olanda müəyyən internet xəttini məşğul edirsən, və sənin məşğul etdiyin xətdə görə Bakcell pul ödəyir necə ola bilər axı o.facebook.com pulsuz olsun?!
Bəlkə Bakcell bəzi adamların email və şifrəsini götürmək istəyir? Düşünürəm bir az ehtiyyatlı olmağa dəyər.
Комментариев нет:
Отправить комментарий