25 апр. 2011 г.

Qara yazı

Vaxtımın məhdudluğundan bloguma yazı yazmırdım. Amma bu dəfə maraqlı bir hadisə gördüm istədim sizlərlə bölüşüm. Birinci, yazını zarafat kimi qəbul elədim amma ev yiyəsi həqiqət olduğunu dedi. Çox üzüldüm. Heç vaxt  belə şeylərə inanmırdım. Onu deyim ki, bu yazını vərəqləri saralmış sovet kitabının içindən tapdım. bu məktubu qadının yoldaşı sevdiyi qıza yazıb. Demək belə...


Bəlkədə artıq gecdir bilmirəm amma onu bilirəm ki, ölməyə doğru gedirəm. Uzun zamandır ölümlə mübarizə aparıram. Hər dəfə mən qalib gəlirdim. Bu dəfə təslim olmaq qərarına gəldim. Həyat qəribəliklərlə doludur. Sən bu məktubu oxuyanda ola bilsin mən artıq olmayım, amma ola bilsin ruhum yaninda olsun və səni oxuyan zaman gözündən axan damcını görsün. Axmayada bilər.

Səni görəndə, sənə toxunanda bütün bədənim əsirdi nə olsun bir azdan bir ət patçası olacam. Bu 40 il müddətində çox istədim mənə inanasan, çox istədim... istək olaraq qaldı. Artıq sondur yola çıxmaq vaxtıdır. Heyatımı  sənə sərf elədim amma sən?! Səni əldə etmek üçün dostlarımdan, 20 illik iş təcrübəmdən imtina etdim.  Artıq taqətim tükənir, gözlərim yumulur, nəfəsim də daralır. Nə edim özümü sənə sevdirə bilmədim.  Belə... Deyəcək çox sözüm var idi amma vaxtım bitir. Hər dəfə müxtəlif ölkələrdə səfərlərdə olmuşam, heç birində məni yola salmamısan bu dəfə də belə oldu amma bu dəfə ömürlük gedirəm. Çox istərdim.....


Комментариев нет:

Отправить комментарий