Elə metroda dayanıb dostlarımı gözləyirdim ki, gözləmədiyim halda iki tanış adam mənə yaxınlaşdı. Başladılar lazımsız nağıllar danışmağa. Mən nə hayda bunlar nə hayda. Bunlardan canımı tez qurtarmaq üçün verdikləri sualları cavabsız qoyurdum ki, bəlkə başa düşərlər amma nə edim, sərt hərəkət etmək istəmirdim.
Bir tərəfdən arvad məni öpüb getmək istəyir o biri tərəfdən də başlayır suallar verməyə. Xanım suallarını qurtaran kimi yanındakı adam başlayır sual verməyə. Mən də yuxulu-yuxulu bunları dinləyirəm. Elə ağzımı açıb sullarından birinə cavab vermək istədim ki, cavabımı yarımçıq qoyub başqa sual verdi. Gördüm yox eeee elə ikisi də mənim görüşümə mane olacaq. Təyin olunmuş görüşə gecikəcəm. Telefonuma gələn zəng, məni vəziyyətdən xilas elədi. Gələn zəngi az qala bunlara göstərmək istəyirəm ki, məni rahat buraxsınlar heç biri başa düşmür. Nə isə, təxminən 30 dəq bunlara sərf etdim. Zehni olaraq yorumuşdular. Ad günümə "ilk hədiyyə"
Nə isə, saat 1 tamam hava isti, enerjimin bir hissəsini bunlara sərf olundu.
Dostumuza baş sağlığı verib geri qayıdırdım. Bu dəfə yolda dostlarım toylardan və dindən danışmağa başladılar. Fəlakət! Bu da "ikinci hədiyyə"
Nə isə, artıq saat 5 idi evə çox yorğun çatdım. Yaxşı yeyib yatdım. Adını bilmədiyim bir şəxs xüsusi qablaşdırılmış qutuda hədiyyə gətirib evdəkilərə verib gedib. Evdəkilər də çox cəhd etsələr də həmin adam adını deməyib. Hədiyyə məktəb dövründə çəkilmiş şəkillər idi. O zaman məktəb dövründə bir qız sevgilim var idi ondan idi. Doğurdan da maraqlı gəldi. (qız hazırda ailəlidir)
Belə, artıq 24 yaşını da qeyd etdim, 25-ə addımlayıram. Görək bu yaşda nələr görəcəm.

Комментариев нет:
Отправить комментарий