21 мая 2011 г.

Azərbaycanlı alim və robot

İsveç alimləri 10 il müddətində analoqu olmayan robot hazırlayırlar. Və bu robotun yaddaşına hər bir söz, və texnika haqda məlumat yerləşdirirlər ki, robot hazırcavab olsun. Bir sözlə hər bir insanın suallarına cavab versin.

Beləliklə uzun müddətdən sonra robot hazır olur və robotun təqdimat mərasimi keçirilir. Bütün elm adamları, ziyalılar bu təqdimata gəlir. O cümlədən Azərbaycan alim və ziyalıları.

Fransadan olan alim, texnika haqda robota sual verir. Robot da texnikaya aid nə varsa hamısını incəliyinə qədər izah etməyə başlayır. Bu sual təxminən 10 dəqiqə vaxt alır. Fransız alim razı olaraq yerinə keçir. Daha sonra İngiltərədən olan alim, ondan sonra, Amerika və s. Sıra Azərbaycanlı alimə çatır.

Azərbaycanlı alim öz ampulasına uyğun olaraq, robotla salamlaşır, və bir baş suala keçir.
- Necəsən? Nə var nə yox?
Robot  yer üzərində nələrin baş verdiyini xırdalığına qədər izah etmyə başlayır. Təxminən 30 dəq davam edir. Robotun cihazlarının qızdığını görən mütəxəssislər alimə başqa sual verməyi xahiş edir. Alim də...
- Özgə nə var nə yox? - sualını verir
- Robot bu dəfə bu suala tam cavab vermə bilməyib sıradan çıxır...

Комментариев нет:

Отправить комментарий