
30 apreldə olub getdi, sakit və insidetsiz. 30 aprel yaxınlaşana qədər hamı müxtəlif sözlər deyirdi. Bəziləri ADNA-nın yanına qabağına gəlib gül qoyub gedəcək, bəziləri C.Cabbarlı heykəlinin qabağında 1 dəqiqəlik süküt elan edəcək və s. Amma qarşı tərəf (hakimiyyət) icazəsiz aksiyanın qarşısını alacağını dedi. Saat 10-11 olardı 28-dən keçəndə mülki geyimli polislər, polis maşınları, insanları kütləylə danışmaq üçün dayanmış avtobuslar dayanmışdı.
Deməli vəziyyət ssenari üzrə gedəcək. Gənclər gələn kimi kütləni dağıtmaq, bəzilərini isə, polis bölmələrinə aparmaq. Çox maraqlı gəlirdi, görəsən vəziyyət necə olacaq. Yenə polislər işə keçəcək? Saat 11-dən başlayaraq müxtəlif təşkilatların nümayəndələri, QHT-lər və s. ADNA-nın qabağına gəlib gül qoyub getdilər. O cümlədən "radikal müxalifət" adlandırılan gənclər. Aydın məsələdir bütün media da məhz "radikalları" çəkmək üçün ora toplaşmışdı. Gənclər sakit, əllərində qərənfil gəlib və getdilər. 30 aprel insidentsiz başa çatdı. Demək hakimiyyət kompromisə getməyi bacarır amma getmir. Bəlkədə getmək istəmir, yaxud getməyə icazə verilmir...
p.s axşama kimi sadə vətəndaşlar, qocası, cavanı hanısının yolu ADNA-nın qabağından düşəndə dayanıb, hörmət naminə ölənləri yad edirdi. Demək istək var idi ki.
Комментариев нет:
Отправить комментарий