10 июн. 2011 г.

Fake DataKart?!

azercell.com
Keçən ay mənə Azercell-in DataKartını hədiyyə etmişdilər. Çoxdandan istəyirdim alım amma qiyməti olduqca baha idi deyə əlim gəlmirdi 120 manat verim alım. Ondan almırdım. Nə isə kartı hədiyyə edəndən sonra demək olar ki, işlətmədim. Uzun sözün qısası, iş elə gətirdi ki, evdə interneti kəsdilər, internetsiz qaldım.
Həmin an internetə çox ehtiyaycım var idi. Azercell-in 9070 xidmətinə sms göndərdim ki, 1 saatlıq internet alım, aldımda. Amma dial-up olaraq qoşula bilmədim. 1000 cür problem göstərdi. Nə isə, 40 qəpiyim sms-ə belə getdi. Sonra biləndə ki DataKartım var və ondan istədiyim yerdə girə biləcəm, sevincimdən day uçurdum. (nə qədər ki, kompyuterə qoşulmamışdım ora qədər sevinirdim). Düz 3 saat DataKartla güləşdim, heç cür internetə girə bilmədim. Elə hey ERROR verə-verə durdu + balansımdanda 3 manat da silindi. Elə əsəbləşmişdim ki, az qaldı kartı sındırım. Dəyərlərimizə hörmət edib, etmədim. Azercell Fəzail Ağamalını 81 manat ziyana sala bilmişdi. Heç olmasa məni 3 manat ziyana saldı.

Belə aydın oldu ki, ən vacib anda belə güvəndiyin şey köməyivə gəlməyəcək. Necə DataKart başıma oyun açan kimi. Çox fikirləşdim Azercell-i məhkəməyə verim, məndən üzr istəsinlər, dedim onsuzda bir şey alınmayacaq. Boş-boşuna məhkəmələrə getməyə həvəsim yoxdur. Əziyyət çəkməyə dəyməz. Odur ki, kim almayıbsa elə almamağı yaxşıdır. Heç olmasa mənə hədiyyə etmişdilər deyə elə də çox əsəbləşmədim. Vay o adam ki, bir ətək pul verib alsın sonradan başına itin oyunu gəlsin...

Комментариев нет:

Отправить комментарий