![]() |
| prt sc video |
Maklerlər üçün oturacaq
Aksiya Neftçilər metrosunda baş tutmalı idi. Maklerlər adlanan yerdə elə oturmaq istədik ki, mükli geyimli bir qaqaş üstümüzə gəldi. "Nooolub ay uşaqlar? Bura maklerlərin bağıdır, bu yer də onlarındır. Nə var gəlib reski oturduzz?? - Necə də rabitəsiz sual... (Əhməd Muxtar, mən və mülki geyimli ilə dialoqa başladıq)
Ə.M - Sualınızı başa düşmədim niyə oturmaq olmaz?
M. - Olmazdaaa, olmaz!!!
Ə.M - Bura maklerlərin bağıdır ona görə!
Mən - Onlarındır deyə oturmaq olmaz?
(qarşı tərəfdən polis formasında başqa birisi yaxınlaşdı)
Polis - Əəəə noooluff,
Mən - heç nə olmayıb, oturmağa qoymurlar.
Polis - kimsinqiniz? (yolun o biri tərəfində isə, sürücülər çoxlu polisi görüb, avariya etdilər)
Mən - jurnalist
Polis - həə qaqa oldu, işinqinizdə olun
Aksiya görməyən insanlar
Nə isə, artıq 5 nəfər həbs olunmuşdu. Sakinlər "meşəyə insan gəlib" kimi polislərə və döyülənlərə olduqca maraqla baxırdılar. Yolun qırağında dayanan qaqaşlar (Bakının tozu ilə şişənlər) polisləri görüb elə tez aradan çıxdılar. Polislərində əlinə həmişəki kimi əla fürsət düşmüşdü qışqırmağa. Əəəəəə nə baxırsız, görməmisiniz?! Davay dağılın görüm əəəəə. Sakinlərdə elə bil bu cavabı gözləyirdilər, hamı bir nəfər kimi başını salıb getdi.
Polisdən gözlənilməz jest
Polis bu dəfə də öz əməlinə sadiq qaldı. Sakinlərin üstünə elə qışqırırdı ki, dedim vsyoo, indi ordakılardan da kimisə tutuacaqlar. Öz evlərindən baxanlar isə, maraqla çay içə-içə, gülə-gülə gedişata baxırdılar. Polis yolun üstü ilə hərəkət edən adamları düz keçidə göndərməyə başladı. Getmək istəməynlərin isə üstünə elə qışqaırmaq qışqırırdı ki, bir kopoyoğlu o sözdən sonra nəsə deməyə çətin ki, cürət etsin. Amma yolu keçmək istəyən hamilə qadın öz yoldaşı ilə yolun üstündən keçəndə polis bütün nəqliyyatı saxlayıb. Bu iki cütlüyü o biri səkiyə kimi ötürdü...
Mətbuat Şurasının hava keçirməz jiletləri
Dəyərli jurnalistlər uniformalarınızı geyinin zəhmət olmasa. Yoxsa arada siz də döyülə bilərsiniz.
- Rəis istidir, ondan geyinmirik
Əvvəl yanıma yaxınlaşan polis yenidən yanıma gəldi
- Əəə nooluf kinn?
- Heç nə rəis deyirlər uniformaları geyinin, mən də deyirəm istidir, jiletlər də hava keçirmir.
- Həəə qaqa eybi yox, geyin sonra çıxardarsan
Qadın görməyən polis
Demək olar aksiya başa çatıb. Polislər hələ də yol keçmək istəyən sakinləri yolun üstü ilə hərəkətinə icazə vermir. Hardansa bir qadın peyda olur yolun üstü ilə keçmək istəyəndə yekəqarın polis qabağına çıxır.
- Xanım keçidə zəhmət olmasa (deyəsən bu xanım, polisiin qohumlarından sayılırdı)
- Niyə? Aaa neCəsən, ala gumm yaxçıyam (yekə qarın polisin qarnına yüngül yumuruq zərbəsi endirir 2:49)
Artıq saat 8-in yarısı olurdu geri qayıtmaq vaxtı idi, Əhəd Muxtar avtobus sürücülərinə poz verməyi tələb edir. Camaat nə hayda bu nə hayda. Sürücülər etiraz edir, istəmir şəkilləri çəkilsin, Əhməd onlara foto dərsi keməyə başladı.
- Bilirsiz, gərək mən sizin şəkilinizi elə çəkim ki, original, təbii alınsın. Yoxsa sizin şəkilin ləzzəti itir.
Bu akisya da belə getdi... görək sonrakı aksiyalar necə olacaq...

Комментариев нет:
Отправить комментарий