Ötən həftədən Google+(plus)a dəvəti olanlar bu şəbəkədən istifadə etməyə başlayıb. Belə ki, Google+ digər sosial şəbəkələrdən fərqli cəhəti facebook kimi "like dilənçilərin", bezdirici qrup təkliflərinın olmaması və s. Bunlar barədə çalışacam qısa yazım.
Hamımız uşaq olmuşuq, və uşaqlıqda hər birimizin müəyyən kruqu olub. Öz dostlarımızın arasında nə gəldi danışardıq, böyüklərin yanında özümüzü "tərbiyəli" göstərirdik. Valideynlərimizin yanında isə "mələk" olurduq. Dostlarımızın yanında söydüyümüz söyüşləri evdə söyə bilmərdik ki, döyülmə ehtimalı qaçılamazdır. ;)
Google+da məhz buna oxşar bir şeydir. Yani, hər bir dost üçün xüsusi bir kruq (circle) yaradılır burada bayaq qeyd etdiyim kimi öz kruqun üçün nəzərdə tutduğun söhbətləri edirsən. Başqa kruqa keçəndə isə tamam ayrı bir söhbət. Jurnalistlər, bloggerlər, iş adamları yaxud digərləri hər hansı bir aktual məsələni virtual olaraq öz aralarında müzakirə edə bilərlər. Bunun üçün öz qruplarına öz istədikləri adamları əlavə edəcəklər. Beləliklə Google+da müxtəlif kruqlar yaradılır ki, (dostlar, ailə, iş yoldaşları və s.) statusları paylaşanda artıq özünüz qərar verirsiniz ki, sizin statusları kimlər görsün kimlər görməsin. Yəni Google+ digərlərinə nisbətən gizlilik daha çox təmin olunur. Google+un özəlliyi qrupların sistemli şəkildə olmasıdır.
Google+da kruq yaratmaq limitsiz deyil... 5000 insanın kruquna daxil ola, sənin kruquna da 100.000 insan girə bilər. Bundan başqa, Facebookdakı kimi dostlarının divarına istədiyin bir statusu yazdığın halda burda belə bir şey yoxdur.
GMail istifadəçiləri (Google Mail) Google+dan istifadə edərkən öz maillirəndə olanları da avtomatik görə biləcəklər.
Azərbaycanda Google+ istifadəçiləri təxminən 100-150 nəfər arasında təşkil edir. Şəbəkə test versiyasında olduğundan qoşulmaq üçün ancaq dəvət alınmalıdır. Bundan başqa ilk dəfə olaraq burada video konfrans təşkil olundu ki, facebook-da buna alternativ olaraq videoçat yaratdı.
Şəbəkə ilk görünüşdə çətin görsənsə də, digər sosial şəbəkərdən daha rahat, daha maraqlı, daha güvənli, daha cəlbedicidir. Odur, kimlər bura qoşulmayıbsa, məsləhətdir bura qoşulmaq.
Hər kəsə uğurlar Google+da görüşənədək ;)

Комментариев нет:
Отправить комментарий