
Uşaq olandan Ayaz Mütəllibovu televizorda görmüşdüm. Bu gün isə canlı olaraq gördüm.
Azərbaycanın ilk prezidenti, 18 illik Azərbaycan həsrətinə son qoydu. Bəlkə də Ayaz bəy həm sevinirdi, həm kədərlənirdi. Sevinirdi ona görə ki, 18 illik ayrılığına son qoyulmuşdu, kədərlənməyi isə aydındır. Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov vəfat etdiyindən Azərbaycana gəlmişdi. İki əks qütb toqquşduğundan Ayaz bəy ola bilsin nə baş verdiyini anlamasın. (ola bilsin yanılıram amma müşahidəmdə bunu gördüm) Sadəcə vəziyyəti analiz edirdi. Ondan, heç kimlə danışmır, dərdini bölüşmür. Sual verildikdə müəyyən jestlər və 2-3 söz.
Dəfn mərasimində, qəbrə torpaq töküldüyündən toz yaranmışdır. insanlar tozdan qurtulmaq üçün kənara çəkilirdilər, Ayaz bəy isə, Azərbaycanın tozunu udmağa hazır idi....
O, Azərbaycan üçün çox darıxmışdı....
Комментариев нет:
Отправить комментарий