31 дек. 2011 г.

2011-ci ildə yadda qalan hadisələr

Bu da 2011-ci ilin son bloq yazım. Bu ildə nələr olmadı? Deyərdim digər illərlə müqayisədə bu il Azərbaycan üçün olduqca maraqlı keçdi. Nələr baş verdi qısa bir xronoloji yazı. 2011-ci ildə çəkdiyim aktual video və fotolar da daxil olmaqla


Yanvar
  • Avrokomissiyanın prezidenti Joze Manuel Barrozu və Azərbaycan prezidenti İlham Əliyev Azərbaycandan Avropaya qaz tədarükü barədə birgə bəyannamə imzalayıblar. Birgə bəyannamə “Cənub qaz dəhlizi”nin həyata keçirilməsində və Avropaya enerji daşıyıcılarının tədarükünün şaxələnməsində vacib addımdır. 
  • Milli ordunun 19 yaşlı əsgəri Tural İbrahimov Müdafiə Nazirliyinin hospitalında vəfat edib.
  • Islam Partiyasinin lideri və üç fəalı həbs olunub
  • Milli ordunun daha bir əsgəri Nurlan Səfərov intihar edib
  • Freedom House: Azərbaycan azad olmayan ölkələr sırasında qalıb
  • Sumqayıtdan hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü əscər Məmməd Azadəliyev həlak olub.
  • İki əsgər qar uçqunu altında qalaraq həlak olub
  • Elvin Əsgərovun anası oğlunun ölümündə polisi ittiham edir
  • Misirdə inqilab baş verdi Mübarək hökuməti buraxdı (Al Jazeera) 
Fevral
  • Əsgər ehtiyatsızlıq üzündən öz xidmət yoldaşını öldürüb
  • Bəxtiyar Haciyev polis nəzarətinə keçdi
  • Metyu Brayza Bakıya gəldi.
  • Cabbar Savalanlı AXCP fəalı “narkotik” ittihami ilə saxlanilib
  • Cəbhə bölgəsində əsgər 6 yoldaşını öldürdükdən sonra özünü güllələyib.
Mart
  • “Mur-Ay” MMC tikinti şirkəti 800 vətəndaşı aldadıb
  • Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ittihamı ilə saxlanıldı
  • Səxavət SoltanlıRəşadət Axundov polislər tərəfindən saxlanıdılar 
  • 11 mart - “Böyük Xalq Günü” 
  • Müsavat və Xalq Cəbhəsi partiyalarının yüzlərlə fəalı Bakının mərkəzində aksiya keçirdi
  • Saatlı rayonunun mərkəzi hissəsində iki yüzdən çox adam 2010-cu ilin yazında baş vermiş daşqın zamanı onlara vurulmuş ziyanın ödənilməsi tələbi ilə yolu bağladılar.
  • Orduda 20 yaşlı əsgər Orxan Məmmədov özünü asıb
  • “Azadlıq” qəzetinin müxbiri Seymur Həziyev naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb
  •  “N” saylı hərbi hissəsinin qərargah rəisi, mayor Nəsimi Xankişiyev və rabitə bölüyünün rəis müavini, mayor Tahir Məmmədov yol qəzası nəticəsində həlak olublar.
Aprel 
  • 2 aprel - “Qəzəb günü”
  • 8 aprel - "Böyük Cümə günü"
  • 17 aprel - Böyük Birlik Günü  
  • Avropa İttifaqı və Avroparlament bəyanat verərək Azərbaycanda fundamental haqlar və insan azadlığının vəziyyətindən narahatlıqlarını ifadə ediblər
  • "N" saylı hərbi hissədə əsgər Ramil Əliyev ehtiyatsızlıq üzündən öz xidmət yoldaşı Asif Əliyevi güllələyib.
  • Jurnalist Ramin Deko vəhşicəsinə döyüldü
  • Azərbaycan hakimiyyəti interpol vasitəsilə bloger Elnur Məcidli barəsində axtariş elan edib
May
  • Avropa İttifaqı və Avroparlament bəyanat verərək Azərbaycanda fundamental haqlar və insan azadlığının vəziyyətindən narahatlıqlarını ifadə ediblər.  
  • Seçkilərə həsr olunmuş ilk fotoalbom "Proses" nəşr olundu
  • “Sərhədsiz Reportyorlar”: 38 nəfər "Mətbuat Yırtıcısı"nın adını açılqlayıb. Adların içərisində İlham Əliyevin də adı daxil edilib
  • Dindarlar Təhsil Nazirliyinin qarşısında növbəti aksiyasını keçirdi. 
  • Azərbaycan "Eurovision 2011" mahnı müsabiqəsində qələbə qazandı
  • Eynulla Fətullayev əfv olundu!
  • Azərbaycan Bloklara Qoşulmamaq Hərəkatının tam hüquqlu üzvü olub. 
  • ABŞ, Rusiya və Fransa prezidentləri Fransanın Dovil şəhərində “iyirmiliy”in sammitində Ermənistan və Azərbaycan prezidentlərini «siyasi iradə nümayiş etdirərək iyundakı Ermənistan-Azərbaycan sammiti gedişində Dağlıq Qarabağ üzrə tənzimlənmənin əsas prinsipləri üzərində işi başa çatdırmağa» çağırıb. 
  • Avropa Məhkəməsinin qərarına zidd olaraq 4 il həbsdə saxlanılan tanınmış jurnalist Eynulla Fətullayev amnistiya edilib. 
İyun
  • Amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi Silya Devis Bakıda naməlum şəxslərin hücumuna məruz qalıblar.
  • Iki əsgər qeyri-döyüş şəraitində həlak olub
  • Azərbaycanda bir qrup fəal gənc Vatslav Havelin "Gücsüzlərin gücü" kitabını tərcümə edərək təqdimatını keçirdilər 
İyul
  • Rusiya Azərbaycana təklif edib ki, Qəbələ RLS-in icarəsi haqqında sazişin müddəti uzadılsın. 
  • Milli ordunun zabiti həlak oldu
  • Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Səfər Ankara Ermənistanla münasibətləri normallaşdırmaq niyyəti ifadə edən zaman soyuyan münasibətlərin isinməsinə səbəb oldu. 
Avqust
  • Naxçıvan MRda yerləşən hərbi hissələrdən birində əsgər Saməddin Quliyev öldü
  • Ayaz Mütəllibov oğlu Azad Mütəllibovun vəfatı ilə əlaqədar Azərbaycana gəldi 
  • Wikilekas Azərbaycanla bağlı 45 yeni məxfi sənəd açıqlayıb
  • Leyla Yunusun evi dağıdıldı
Sentyabr
  • Şərq Tərəfdaşlığının Varşava sammiti assosiativ müqavilə barədə Aİ-Azərbaycan danışıqlarına start verib. 
  • İkinci Bloqosfer tədbirinə start verildi
  • Azərbaycanın ilk fotojurnalı olan 25-ci KADR jurnalının təqdimatı oldu
  • Socar Reportyor İdrak Abbasovun valideynlərinin evini dağidib
  • Milli orduda da 2 əsgər öldü
  • “Təfəkkür” Universitetinin rektorunun köməkçisi Tariel Əhmədovun cəsədi tapıldı
  • Naxçıvan sakini Turac Zeynalov Naxçıvan MTN-də döyülərək öldürülür
Oktyabr
  • Səbail rayon Məhkəməsi 2 apreldə İctimai Palatanın kütləvi aksiya cəhdi zamanı tutulan 4 müxalifət fəalına hökm çıxarıb. 
  • Azərbaycan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. 
  • Milli ordunun əsgəri həlak olub
  • “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı iri həcmdə rüşvət tələbi ittihamı ilə həbs edilib. 
  • Mirzağa Əliyev küçəsində evin söküntüsü fəhlələrlə qarşidurmaya səbəb olub
Noyabr
  • Dünya şöhrətli alim Rafiq Əliyev oktyabrın 5-də Əmək Məcəlləsinin 70-ci maddəsi ilə (vəzifəsinin öhdəsindən gəlməmək) Azərbaycan Neft Akademiyasının istehsal proseslərinin avtomatlaşdırılması kafedrasının müdiri vəzifəsindən azad edilib.
  • Həyatına sui-qəsd edilən yazıçı-publisist Rafiq Tağı Kliniki Tibb Mərkəzinin reanimasiya şöbəsində vəfat edib. Dekabrın 19-da Tağıya sui-qəsd edilmişdi. Naməlum şəxs ona 6 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.
  • Uzun müddətdən sonra Azercell və Bakcell-ə 3G xidməti göstərmək üçün lisenziya verildi
  • Azərbaycanda bir qrup gənc tərəfindən hazırlanan “Fikir Sexi” kitabının təqdimatı oldu.
Dekabr
  • Metronun qiyməti 20 qəpik oldu
  • Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) rəhbəri İntiqam Əliyev İstanbul hava limanında döyülür
  • Üç zabit dəm qazindan zəhərlənib
  • 25-ci kadr jurnalı "İlin Jurnalı" oldu
  • İlham Əliyev 92 məhkumu əfv elədi
  • Metyu Brayza Azərbaycanla vidalaşdı
... belə, 2011-ci il zəngin hadisələrilə yadda qaldı. Yeni 2012-ci ildə nələr olacaqsa, yenə birlikdə yaşayıb görərik. Hamınızı öpürəm ;)






Комментариев нет:

Отправить комментарий