26 дек. 2011 г.

Həmidə xanımın "Xatirələri" (fotolar)

azpress.az

Yeni çapdan çıxmış Həmidə xanım Cavanşirin "Xatirələrim" kitabını axırı ki, sona kimi oxuya bildim. Kitabı Mehriban Vəzir rus dilindən Azərbaycan dilinə tərcümə edib. Müəyyən sözlərin aydınlatmaları isə Ədalət Tahirzadəyə məxsusdur.

Səhv etmirəmsə Həmidə xanımın xatirələrini 7-ci sinifdə oxuyanda bəzilərini rus bəzilərini də Azərbaycan dilində oxumuşdum.

Həmidə xanım Cavanşir
Mehriban xanımın ərsəyə gətirdiyi kitabda Həmidə xanımın bütün xatirələri yer alır. Kitabı ilk dəfə əlimə götürəndə təxmini 100-dən çox səhifə oxumuşdum. Bu da yazıların daha anlaşıqlı və oxucunun yormamasından xəbər verir. Müəllif burada atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” dərgisi, Qafqaz-İslam Ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dönəmində Qarabağın vəziyyəti haqqında geniş bilgi verir. Çox uzatmağın da bir faydası yoxdur. Sadəcə kitabı alıb oxumaq kifayətdir.

Yeri gəlmişkən deyim sabah, 27 dekabr saat 16.00-da Müsavat Partiyasının Mərkəzi qərərgahında Həmidə Xanım Cavanşir "Xatirələrim" Kitabının Təqdimatı olacaq maraqlananlar Rauf Məmmədov- 050 485 85 88.Səxavət Soltanlı-055 244 41 78 ilə əlaqə yarada bilərlər.
Hemidə xanım və övladları
Cəlil Məmmədquluzadənin
tabutu yanında

Комментариев нет:

Отправить комментарий