13 мар. 2012 г.

Türkiyə yoxsa Azərbaycan

Türkiyə və Azərbaycan bayrağı
Keçən dəfə dostumuz Əli Novruzov Heydər Əliyevdən bir misal çəkdi. Dedim bu dəfə də birini mən deyim. Onu deyim ki, Heydər Əliyev haqqında təxminən 40-dan çox cild kitab çıxıb. Odur mənim yazdığım ola bilsin bu cildlərin yanında bir nöqtə olsun. Amma hər halda...

Əgər yadınızdadırsa Heydər Əliyev deyəndə ki, Azərbaycan Türkiyə bir millət iki dövlətdir hamı bunu sadəcə bir söz kimi qəbul etmişdi. İndi isə vəziyyət tamam başqadır.

Gəlin etiraf edək ki, Azərbaycanda Türkiyənin baş naziri Ərdoğana daha çox adam qulaq asır nəinki Artur Rasizadəyə. Türk serialları çox zövqsüz şəkildə azərbaycan dilinə tərcümə edilir. Türk seriallarının bənzəri Azərbaycanda çox keyfiyyətsiz halda çəkilir, Türkiyənin aparıcı verlişləri Azərbaycan sayağı kanallarımızda yayımlanır. Azərbaycana daha çox türk müğənnilər dəvət olunur və s.  Bir söznən, Türkiyənin etdiyi hər şeyi copy-paste edirik özü də müəlliflik hüquqlarını qorumadan.

Bayaq da qəzetdə bir xəbər oxudum ki, Hollandiya, Fransa, İrlandiya "Eurovison"un Bakıda keçirilməsilə bağlı boykot kampaniyasına qoşulub. Hər nə olursa olsun,bütün ölkələr mahnı müsabiqəsindən imtina etsələr belə Türkiyə imtina edən deyil....

Комментариев нет:

Отправить комментарий