1 июл. 2012 г.

Dövlət tərəfindən qorunaraq məhv olan abidə


(Azərbaycan gündəliyimdən daha bir yazı)

Azərbaycanın bir çox kəndinin maraqlı adı var. Adı maraqlı olan kəndlərin nəyə görə belə adlandırıldığını soruşanda çox vaxt cavab ala bilmirəm. Belə kəndlərin içərisində Tovuzun Yanıqlı kəndi də var.


85 yaşlı Elşad dayı ilə rastlaşmasaydım bu kəndin niyə Yanıqlı olduğunu bilməyəcəkdim.
Elşad dayının dediklərinə görə, Yanıqlı kəndinin adı əvvəllər Hunna olub.  Şah Abbas kəndi yandırdıqdan sonra bura Yanıqlı adı verilib. Buna baxmayaraq, kəndin bəzi adamları hələ də özlərini hunnalı çağırır. 

Elşad dayı mənə kənd qəbiristanlığında Şah Abbas türbəsinin olduğunu bildirdi. Yolumu ora salıb türbəyə baxmağa yollandım. Elə qəbiristanlığa 200-300 metr qalmış türbənin minarəsi görünürdü. 

Türbə deyiləndə əzəmətli bir tikili gəlir göz önünə. Amma bu türbə?! Təxminən 5 kv. metr ərazidə yerləşən türbə dövlət tərəfindən qorunsa da ətrafı baxımsızlıqdan kol-kos basıb,  divarlarının bəzi daşları da uçub.

Sayını itirsəm də, təəssüf ki, bu abidə də “dövlət tərəfindən qorunaraq məhv olan” abidələr sırasındadır.

Комментариев нет:

Отправить комментарий