![]() |
| Təbliğat kampaniyası. Foto Aziz Karimov |
Gürcüstanda olan bir çox jurnalsit dostlarımla söhbətim, bizi ora getməyə məcbur etdi.
Uzun sözün qısası, ayın 1-i tezdən Tbilisiyə çatdıq. Tbilsi vağzalından ünvanımıza getmək üçün taksi sürücüsündən ümumi vəziyyəti öyrənməyə çalışırq. Sürücü də bizim verdiyimiz bütün sualları cavablandırmağa başlayır. Sonda bizi mənzil başına çatdıranda bir az diqqətli olmağımızı və küçəyə çıxmamağı məsləhət gördü.
![]() |
| Seçkidən sonrakı qələbə. Foto Aziz Karmimov |
Heç bir şeyə məhəl qoymadan fotoaparatımızı götürüb şəhərə çıxdıq. Akkreditasiyadan keçmədiyimizdən məntəqələrə girə bilmədik amma orda olan digər jurnalistlərə qoşulub ümumi prosesi çəkə bildik.
Hadisələr sakit tərzdə öz axarı ilə davam edirdi. Hətta iqtidar namizədinin qərargahını çəkən zaman enkürləkli qara eynəklilər bizə tərs-tərs baxırdılar. Hər halda şübhələnirdilər. Biz də gülə-gülə salamlaşıb yolumuza davam edirdik. Bütün günü şəhərdə, insanlarla söhbət edir, insanların seçkiyə münasibətini və s. öyrənirdik. Axşama kimi "macera" axtarışında idik
![]() |
| Hər kəs qələbəni qeyd edir Foto Aziz Karimov |
![]() |
| Qələbə səhərə kimi davam edir Foto Aziz Karimov |
Artıq Gürcüstanda tam iki gün qalıb, kifayət qədər məlumat, müsahibə, foto və video çəkmişdik. Səhəri Bakıya qayıtmağı düşürdük. Amma Gürcüstanda olan jurnalist dostlarımız, bir daha bizə xəbərdarlıq edərək sabah "gözlənilməz" hadisə olacağını dedilər. "Ola bilsin sabah seçki qutusundan, İvanişvilinin adı yox, Saakaşvilinin adı çıxsın. Odur, yaxşısı budur bu gün də bizlərlə qalın". Pulumuz bitmək üzrə idi, Cahangirlə razılaşıb 3-cü günümüzü də Gürcüstanda keçirtdik. Hətta İvanişvili ilə müsahibə üçün də səhər cavab verəcəkdilər...

Aksiya və İvanişvilidən müsahibə ləğv olundu...
Maraqlı hadisələr isə bundan sonra başlayacaq. Pulumuz bitib, Cahangirdə 5 manat mən də 9 manat xırda pulumuz qalmışdı. Qarşıda isə 600 km-dən artıq yol. Tbilisidən düz Bakıya. Cahangirin avtostopda böyük təcrübəsi olduğundan razılıq verib avtostopa çıxdıq. Davamını növbəti bloq yazımda yazacam.




Комментариев нет:
Отправить комментарий