10 нояб. 2012 г.

Bloggerlər üçün. "Thinglink" aləti

Foto: thinglinkblog.com
Thinglink nədir? və nə üçün istifadə olunur? Bəlkədə bir çoxları bu alətin nə olduğunu bilmir. Bilənlər üçün təkrar olsun, bilməyənlər üçün isə qoy ilk dəfə burdan oxusun. Mən də bilmirdim, İREX-in təlimində öyrəndim

Əvvəl onu deyim, thinglink bütün sosial şəbəkələri (Facebook, YouTube, Flickr, Spotify, Vimeo, Wikipedia, SoundCloud, Twitter və s) bir arada cəmləyən bir alətdir. Yani Siz istədiyiniz bir foto çəkə bilərsiz və bu fotonun üstünə TAG-lar (təq) qoya bilərsiz. Artıq fotonun altına yazmağa ehtiyyac yoxdur ki, bu şəkil harda çəkilib, şəkildəkilər kimlərdir və s.

Sadəcə şəkilin üstünə klik etməklə bütün məlumatları ora yerləşdirmək mümkündür.

Məsən, Aynur İmranova prezidentin heykəlləri haqda qısa olaraq foto xəbər hazırlayıb. Daha ətraflı thinglink.com saytında. Qeydiyyatdan keçmək isə olduqca rahat və sadədir.

p.s ümumilikdə hər hansı bir fotodan istifadə edərkən, müəlliflik hüquqlarını qoruyun. Onsuzda yerli media əxlaqsızcasına istədiyi fotonu götürüb, öz fotosu kimi istifadə edir.



Комментариев нет:

Отправить комментарий