25 дек. 2012 г.

Mülki geyimli polisi necə tanımalı


Bəlkə də çoxlarınız, aksiyalarda, Bakıda keçirilən mühüm tədbirlərdə rəsmi geyinmiş polisləri görmürsünüz. Amma o polislər daha çox mülki geyimli olduğundan “gözəgörünməz” olurlar. Bu yazıda mülki geyimli polislər necə olur və onları necə tanımaq olar - deyə gördüklərimi yazacam. Bilənlər üçün təkrar olsun bilməyənlər isə, birinci dəfə burdan oxusunlarr


Beləliklə başladıq...

  • Onlar daha çox, yayda qara dar kostyum, ağ köynək, qara eynək və qara şalvar geyinər.
  • Qışda isə, nazik qara, yaxud da boz kurtkalarda olarlar
  • Hadisə vaxtı gülmürlər, tam ciddi “robot” kimi hərəkət edirlər.
  • Heç nədən xəbərləri yoxmuş kimi davranırlar.
  • Və sən aksiya iştirakçısısansa və heç bir şüar səsləndiməmisənsə çox rahatlıqla yanına gəlib, sənə yersiz suallar verib hətta hakimiyyəti də tənqid edə bilərlər ki, onların istədiyi cavabı verəsən
  • Daha çox savadsız suallar verirlər. 
  • Bəziləri həqiqətən də savadsızdır
  • Əgər hadisə, çoxlu insanlar olan yerdə olursa, mülki geyimli polislərin ortaq mövsuzu həmin ərazidə olan qızların geyimlərini, hərəkətlərini müzakirə etməkdən ibarətdir.
  • Nəzarət etdikləri ərazidə gülümsəmədən, ağır-ağır gəzirlər
  • Öz ölçülərindən kiçik geyimli ölçülərə üstünlük verirlər. 
  • Fərq etmir yay, qış daim qara rəngli eynəkləri olur.
  • "Fit" görkəmləri olmur. Daha çox yekə qarın və düz qamətli olurlar
  • Üzləri qırxılmış, saçları qısa və səliqəli geyimdə olurlar

Комментариев нет:

Отправить комментарий