17 мая 2013 г.

Milli Qəhrəmanın dəfnində raslaşdığım maraqlı an

Bu gün Milli Qəhrəman Eldar Ağayevin dəfnini çəkməyə getmişdim. Təxminən 25 dəqiqə keçmişdi ki, bir nəfər uniformada mən və mənimlə olan dostlarıma yaxınlaşaraq onunla çölə gəlməyimizi xahiş etdi.

Birlikdə çölə çıxdıq. Uniformada olan adam bizə özünü təqdim etmədən çəkilişi dayandırmağı və binadan çıxmağımızı istədi. Ona bu əmri kimin verdiyini öyrənmək istəsəm də, "mənə belə deyilib, odur çox xahiş edirəm çəkilişi çöldən çəkin" cavabını verdi və ətrafdakı uniformalılara tapşırdı ki, bizi uzaqlaşdırsın.

Unifomada olan adamdan müsbət cavab almayacağımı görüb son olaraq dedim ki, "Azərbaycanda sağ qalan 17 Milli Qəhrəmandan biri vəfat edib. Heç bir telekanal da çəklişə gəlməyib, heç olmasa bizə şərait yaradın biz çəkək..."

Uniformada olan adam bir mənə baxdı, bir də zala. Bir neçə saniyə dayandan sonra cavab olaraq dedi ki, "Mənim gördüyüm iş Eldar Ağayevin yanında heçnədir. Qoy, qəhrəmana görə məni yandırsınlar. Gedin çəkilişinizi davam edin..."





Комментариев нет:

Отправить комментарий