10 февр. 2014 г.

Sovetskidən bir də olmayacaq

Artıq qərar verilib ki, Sovetski sökülsün. Bakıda artıq çox az sayda tarixi məhəllələr qalıb. Tarixi məhəllələrdən biri də hamının tanıdığı Sovetskidir. Elə o gündən bu günə gəlib çatan məhəllələrdən biri də Sovetskidir ki, onun da artıq sökülmə qərarı verilib.


Bəlkə də çoxlarınız Bakının 60-70-ci illər fotolarına baxanda "Gör Bakı necə gözəl olub, bu Bakıdan artıq yoxdur, köhnə Bakıda yaşamaq istərdim" və s. sözlərini işlətmisiniz. Bir neçə ilə, bu sözlərin arasına Sovetskini də əlavə edəcəyik. Ona görə ki, Sovetskini də sökürlər, artıq insanlara bu barədə xəbərdarlıq da gəlib. Qısası yaxın gələcəyə Qədim Bakıdan əsər-əlamət belə qalmayacaq. Vaxt tapdıqca müəyyən vaxtlarda gedib Sovetskini çəkirdim. Məhəllələri, insanlar, divarları... (ardı...)

Комментариев нет:

Отправить комментарий