6 мар. 2014 г.

Şanxaya gedən yol

Bu ad Sizi çaşdırmasın. Söhbət Çindəki Şanxaydan yox, Bakının Keşlə qəsəbəsindəki Şanxaydan gedir. Nəyə görə Şanxay adlanmasınını isə sonda deyəcəm.


Çindəki Şanxaydan fərqli olaraq, burdakılar firavan həyatın nə olduğunu bilmirlər. Yük qatarları o qədər yaxın hərəkət edir ki, az qalır evlərin içindən keçib getsin.

Hələ zibillik və kanalizasiyanı qatar relslərinə axıdılmasını demirəm. Ona görə ki, burada ən böyük problemlərdən biri qatarların hər gün 4-5 dəfə hərəkətidir.
Təsəvvür edin uşaqların oyun meydançası olmadığından onlar qatar relsləri üstündə oyunlarını oynayırlar.

Deyilənə görə, hər il 4-5 uşaq qatar relsləri altında qalaraq dünyalarını dəyişir. Ancaq bu rəqəmlərin doğru olub-olmadığını deyə bilmərəm.

Qatar maşinistləri Şanxay ərazisinə daxil olan kimi, qatarın sürətini aşağı salıb hərəkət edir. Sanki qatar gələn vaxt “komendant” saatı elan edilir.

Valideynlər tez çölə çıxıb qatar gələn tərəfə baxır ki, birdən relslərin altında yenə kimsə qalar… (ardı... FOTOLAR)

Комментариев нет:

Отправить комментарий