.jpg)
Ailənin bu vəziyyətə düşməsinin səbəbi evin başçısı Aleksandr Makarovun içki düşkünü olması ilə bağlıdır. İçkiyə aludəçiliyi Makarovların evlərinin satmasına gətirib çıxardı.
Beləliklə də hər şeydən müflis olan ailə, hazırda Bakının Köhnə Günəşli adlanan ərazisindəki bu dar zirzəmidə yaşayır.
Evin xanımı Bibixanım Quliyevanın ayağı sınıb, ona görə də işləyə bilmir. Yoldaşı Aleksandr Makarov isə hər gün zibil daşımaqla qazandığı 7 manatla ailəsini saxlayır.
Bibixanım xalanın dediyinə görə, ancaq bayramdan-bayrama onları yad etməyə gəlirlər. Və bayram günləri gətirilən yeməklər onları müəyyən qədər idarə edir.
Bir müddət sonra həyat yenidən öz axarı ilə davam etməyə başlayır.
Evdə çəkiliş apardığımız vaxt bir neçə pişiyin ortada dolaşması gözümdən yayınmadı. Səbəbini soruşduqda "siçanlara görə saxlayırıq" dedilər. Hələ hamam, tualet və mətbəxin bir yerdə olmasını demirəm...
15 yaşında 6-cı sinifə gedən Səid
Səid ailənin tək oğlan övladıdır. Özündən yaşca böyük üç bacısı var. Bir bacısı ailəlidir digərləri isə subay.
İmkansızlıq və xəstəlik səbəbindən Səid məktəbə gec gedəsi olub. 15 yaşında olmasına baxmayaraq, hazırda 6-cı sinifdə oxuyur.
Məktəb yoldaşlarından fərqli olaraq məhəllə yoldaşları ona birmənalı münasibət göstərmir. Ya Səidi döyürlər, yaxud da Səid olan əraziyə gəlmirlər.
Səid də bu problem olmasın deyə vaxtının çox hissəsini evdə keçirməli olur.
Makarovlar ailəsinin bircə arzusu var: tezliklə bu qaranlıq, havasız zirzəmidən çıxmaq.
Mənbə: BBC
Комментариев нет:
Отправить комментарий