![]() |
photo: |
Bu gün qəddardır. Sabah daha qəddardır. Sabahdan sonrakı gün isə çox gözəldir.
Əgər geri çəkilməsəniz, hələ də bir şansınız olacaq. Və əgər kiçiksinizsə, beyninizə güvənməlisiz, əzələlərinizə yox.
Əgər yaxşı komandayıqsa və nə etmək istədiyimizi biliriksə, birimiz onların onunu məğlub edə bilər.
Uğursuz olmam önəmli deyil, ən azından ideyanı başqalarına çatdırmış olaram. Mən bacarmasam, başqa biri mütləq bacarar.
Bunu bacaracağıq, çünki biz gəncik və heç bir halda təslim olmayacağıq.
Əgər 8-də işə gedib 5-də çıxsaq, deməli, bu bir texnologiya şirkəti deyil və Alibaba əsla uğurlu ola bilməz. Əgər 8-5 işləyəcək adamıqsa, evimizə gedib başqa bir şeylə məşğul olaq.
Rəqiblərindən öyrənməlisən, amma onları təkrarlamamalısan. Təkrarlasan, məhv olarsan.
Alibaba bir iş deyildir. Bir xəyaldır. Bir hədəfdir. Wall Street sərmayəçiləri bizi istədiklər qədər söyməkdə azaddırlar.
Əgər böyümək istəyirsənsə, əlverişli fürsəti yaxala. Bir gün böyük bir şirkət olmaq istəyirsənsə, hansı sosial problemə çarə tapacağını fikirləş.
Ağıllı insanlar, özlərini idarə edədək bir axmağa ehtiyac duyurlar. Əgər bütün komanda elm adamlarından ibarətdirsə, ən yaxşısı onları bir kəndli idarə etməlidir. Çünki düşünmə şəkli fərqlidir. Situasiyaları fərqli prizmalardan görən adamlarınız varsa, qalib ola bilərsiniz.
Mənbə: etimag.az
Комментариев нет:
Отправить комментарий