
ingilis dilini BBC kanalının köməyi ilə, fars dilini İran radiosundan öyrənib. Hazırda “braille display” vasitəsilə italyan dilində lüğət hazırlayır. Bu display gözdən əngəlli insanlar üçündür. Bundan başqa uşaqlar üçün müxtəlif hekayələr və nağıllar da yazır.
Mətanət uşaqlıqda kor və zəif görənlərin məktəbinə gedib. 12 il təhsil alıb. Paralel olaraq musiqi məktəbi də oxuyub. BDU-nun filologiya fakültəsinin rus dili və ədəbiyyatı şöbəsini fərqlənmə diplomu ilə başa vurub.
2005-ci ildə əlillər arasında ilk elmlər namizədi olub. Milli Elmlər Akademiya İstitutun lüğətçilik şöbəsinə kiçik elmi işçi kimi işə götürülüb. Sonra elmi işçi, 2013-cü ildə isə böyük elmi işçi kimi çalışmaqdadır.
Mətanət Bakı Dövlət Universiteti üçün və digər özəl şirkətlərə musiqi də bəstələyib. Gözdən əngəlli olmaqla yanaşı, həm də eşitmə qabiliyyətini get-gedə itirir.
O, görmək və normal eşitmək istəyir. Amma müalicə üçün Səhiyyə Nazirliyindən tutmuş digər orqanlara müraciət etsə də sorğusu cavabsız qalıb. Ümidi isə, dövlətə qalıb...
Source: BBC
Комментариев нет:
Отправить комментарий