
Amma bura Binəqədi rayonu, 9-cu mirkorayon, Həmzə Babaşov ünvanında yerləşən binadır. Sakinlər isə müharibə ərazisindən yurdlarını məcburi tərk edənlərdir.
Təcili tibbi yardım xəstəxanası üçün tikilən, amma yarımçıq qalan, sonradan məcburi köçkünlərin sığınacağına çevrilən və hamının "skorı binası" kimi tanıdığı yaşayış binası.
Təbii ki, əgər buna "yaşayış binası" demək mümkündürsə.
Binada qaz və kanalizasiya xətti yoxdur. Mənzil Kommunal İstismar sahəsinin zibil qutuları olmadığından insanlar gündəlik tullantılarını çölə atmağa məcburdular.
Odur ki buralar, zibillik və antisanitariya ilə yanaşı siçovullar üçün də yaşayış məskəni sayılır.
Hələ uşaqların oyun meydançalarının olmaması isə bir başqa problemdir.
"Skorı" binası 1996-cı ildən bəri işğal altında olan Xocalı, Ağdam, Fizulidən didərgin düşmüş məcburi köçkünlər üçün sığınacağa çevrilib.
Sakinlər deyir ki, elə yaşadıqları binanın adı kimi onların da təcili yardıma ehtiyacları var.
Bina sakinləri rayon icra hakimiyyətinin nümayəndələrinin qəbulunda olsalar da deyirlər ki, istəklərinə hələ də müsbət cavab verilməyib.
Source: BBC
Комментариев нет:
Отправить комментарий