2 дек. 2014 г.

Elnurdan sonra kimi xarici kanallarda görüb fəxr edəcəyik?

Elnur Hüseynovun "O ses Türkiye"dəki çıxışı hər kəsi heyrətləndirib. Əslində burada heytləndirici bir şey yoxdur. Sadəcə Elnurun səsinə orada dəyər verilib qiymətləndirildi.
 Burada olduğu müddətdə bəlkə də TV-lərə çıxmağa cəhd edib amma bayağı müğənnilərin "şotuna" o kölgədə qalıb. Elnurun 2008-ci ildəki Eurovisiondakı çıxışına baxanda görürsən ki bu adam istedaddır. Amma Bakıya qayıdandan sonra nə oldu???



Eurovisiondan qayıdandan sonra, Samir cinayət törədərək həbs olundu, Elnur isə öz yolunu davam etdi. Bu müddətdə Elnuru az-az televiziyalarda görmək olurdu. Bir çox proqramlara da dəvət etmirdilər.

"O ses Türkiye" & "Голос России"

"O ses Türkiye" yarışmasında Elnur deyir ki, "dostlarım məni "O ses Rusiya" yarışmasına göndərmək istəyirdi amma mən Türkiyəni seçdim. Türkiyə mənə daha doğma gəldi" Budur yarışmaya gələndən sonra hamını heyrətləndirdi. Hətta münsiflər heyət belə etiraf etdi ki, "bu günə kimi bu yarışmada bu cür səs eşidilməmişdi"

Elnur edəcəyini etdi. Bəlkə də bundan sonra öz karyerasını Azərbaycanda deyil, başqa ölkələrdə davam etdirəcək. Necə ki, Çingiz Sadıqov, İmamyar Həsənov, Hüseyn Abdullayev və s. xaricdə yaşayıb yaradan sənətkarlar kimi....

Gözləyək görək, Elnurdan sonra kimi xarici kanallarda görüb fəxr edəcəyik?

Комментариев нет:

Отправить комментарий