30 июн. 2015 г.

Avropa Oyunlarında görüdüyüm və başıma gələn olaylar

Oyunların başlayıb qurtarana qədər qarşıma müxtəlif cür maraqlı hadisələr çıxdı. Hər şeydən öncə kimə gəldi akkreditasiya vermələri oldu. Əsas da fotoqraf tayfasına. Kimə daş atırdın gedib fotoqrafa dəyirdi. Odur vəziyyət çox gərgin idi.


Məşəl Bakıda olanda çəkmək üçün bir yer axtarırdım ki, qarşıma bir fotoqraf çıxdı, nəysə bir az söhbət etdik, soruşdum ki, hardansız? dedi ulu.az saytından. Dedim o nə saytıdır, dedi 2-3 aydır yaranıb. Mırta qeydiyyatdan keçdik, qəbul etdilər bizi.

Elə bundan sonra dedim ki, vsyoo, konsert bundan sonra başlayacaq.

Belə də oldu...

Odur, birinci başlayım "mübarək üzlü" könüllülərdən

Oyunların ilk günü, arenalarda media mərkəzi tapmaq çox çətin olurdu. Odur, könüllülərə yaxınlaşıb "Media Mərkəz" hardadır?  deyə soruşanda. Aaa, mmm, bizə bu barədə bir şey deməyiblər, bilmirəm kimi cavablar eşidirdim. Hətta bəzi könüllülərə görə arenanı 1-2 dövrə vururdum. Bu olaylardan sonra qərara aldım ki, könüllülərdən heç nə soruşmayacam.

Hələ maraqlı olan başqa bir olay da var. Oyunların 3-4-cü günü olardı. Su hovuzuna gəldim (Baku Aquatics Centre) könüllüyə yaxınlaşıb, "Xanım, tualetə necə gedə bilərəm?" deyə soruşdum. Qız təəccüblə baxıb, "tualetə... mmm.. bilmirəm" bu zaman od tutub yandım e. Adam 4 gündür bir yerdə işləyir tualetin yerini belə bilmir. Nəysə, bunu da keçdim...

Axşama doğru könüllülər çox yorğun olduqlarından zarafat etməyə adam axtarırdılar. Mənim də saçım uzun olduğundan məni xarici bilirdilər. :) Könüllülərdən biri üzünü mənə çevirib

Londona bir nəfər. Gələn var gəlsin :)

Jurnalist mafiyası

İstənilən arenada Azərbaycanlı jurnalistləri tapmaq elə də çətin deyil. Harada kütlə halında adam oturub söhbət edirdisə o saat bilinirdi ki, Azərbaycanlılardır. Özləri üçün bir ortam yaradıb istədikləri kimi bərkdən söhbət edirdilər.


"Kərbəla"ya gedən yol

Bəzi arenalar arasında arasında məsafə kifayət uzun idi. Məsələn Kristal Hol-a gedən avtobus, arenadan təxminən 500-600 metr aralıqda dayanırdı. Bu yolu istər jurnalistlər istərsə də azərkeşlər piyada getməli idilər.

Bu olay türk jurnalistlərə deyəsən çox pis təsir etmişdi. Adam günün altında gəlib media mərkəzinə girib və əsəbi halda öz həmkarına deyir ki, "Yaa kardeşim bu ne lann?? Burası Kerbela kimi yer, yürüdükce yol bitmiyor..."

"Security" əməliyyatı

Bir dəfə də securty yoxlamasından keçəndə başqa bir polis monopodu göstərərk "dırnaqlı dubinkanı" hara aparırsan? deyə soruşdu. Hətta bir başqası bu "selfie" çubuğu nəyinə lazımdır? deyə sual verirdi.

"Əl oyunlar" sarayına çatıb yenidən security-dən keçəndə başqa bir polis mənə əl edərək "Hi, welcome" deyərək qarşıladı. Mən də polisə gülümsəyərək "Hi" deyə cavab verdim. Başqa bir polis akkreditasiyamı yoxlayıb, "buyurun burdan keçin zəhmət olmasa" deyəndə, mənə ingilis dilində salam verən polis "ay qaa Azərbaycannısan? pay daa necə də xaricilərə oxşuursan e"

"Peşəkar azərkeşlər"

Oyunların sonuna yaxın azərkeşləri çəkməyə üstünlük verirdim. İstər çimlərik oyunlarında, istər güləş-taekvando, istər voleybol yaxud digər oyunlarda azəekeşlərin qışqıraraq etdikləri reaksiyanı sadəcə görmək lazım idi. "əəə 3 nömrə topu 7 nömrəyə atsaydı, 7 nömrədə 15 nömrəyə verəcəkdi o da qol vuracaqdı. Bax!! gördün?! Sən vurmadın sənə qoydular.. Əəəə yox eee, bizimkilər oynaya bilmir, qoy elə gedib qoyun otarsın"

Nəysə... çox yazıb uzatmaq da istəmirəm. Oyunlar bitdi, kondisionerli avtobus və kostyumlu polislərin də dövrü qurtardı. İstidir, mobil telefonlarınızı söndürün internetdən də uzaqlaşıb sakit bir yerə gedib istirahət edin...

Foto: Əziz Kərimov

Комментариев нет:

Отправить комментарий