1 сент. 2015 г.

Jurnalist Xədicə İsmayılova 7.5 il müddətinə həbs edildi (video)

Azerbaijan journalist Khadija's Ismayilova
 mother Elmira Ismatilova  talks to the media outside
Baku court  after the hearing.
 September 1, 2015Photo: Aziz Karimov
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi məşhur araşdırmaçı-jurnalist Xədicə İsmayılovanı 7,5 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə onu 179 (mənimsəmə və israf), 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə təqsirli bilib. Eyni zamanda, İsmayılovaya 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə üzrə bəraət verilib. Bir müddət əvvəl prokuror məhkəmədən İsmayılovanı 9 il müddətinə azadlıqdan məhrum etməyi istəmişdi. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları əmindirlər ki, İsmayılovaya qarşı cinayət ittihamları uydurmadır və onun hakimiyyətin ali eşelonlarında korrusiya faktlarına dair jurnalist araşdırmaları ilə bağlıdır.

Комментариев нет:

Отправить комментарий