24 апр. 2018 г.

Hüseyn Abdullayev hava limanında saxlanıldı (VİDEO)

Keçmiş deputat Hüseyn Abdullayev Türkiyədə saxlanılıb və Azərbaycana gətirilib. Abdullayev İnterpol xətti ilə saxlanılıb,
Bakıya gətirilib və Vergilər Nazirliyinin İstintaq İdarəsinə təhvil verilib. 2012-ci ildə Abdullayev barəsində böyük ölçüdə vergidən yayınma (213.2.2) ittihamı ilə cinayət işi açılıb və barəsində axtarış elan edilib.

Abdullayev bir neçə il əvvəl Almaniyadan siyasi sığınacaq alıb. Azərbaycanda onun çox sayda biznes qurumları var idi, bu qurumlar onun əlindən alınıb. Abdullayevin hakimiyyətlə münaqişəsi onun bəzi jurnalistləri fəal şəkildə maliyyələşdirərək, hökumətin ünvanına kəskin tənqid dərc etməyə başlamasından sonra başlayıb. Münaqişənin pik nöqtəsi 2007-ci ildə parlamentdə Abdullayevin deputat Fəzail Ağamalı ilə davası oldu, bundan sonra o, deputat mandatından məhrum edildi, bir müddət sonra isə ölkəni tərk etdi. Xaricdə olarkən o, hakim rejimə qarşı mübarizə çağırışları dərc edirdi.

Комментариев нет:

Отправить комментарий