31 дек. 2013 г.

2013-də baş verən maraqlı hadisələr

2013-cü il, əsgər ölümü ilə başladı, Qarabağ qazisinin ölümü ilə başa çatdı. Bu ildə çox maraqlı və yadda qalan hadisələrlə zəngin oldu. Çalışdım ən maraqlılarını qeyd edim. Həvəsiniz olsa axıra kimi göz gəzdirin :) Beləliklə...


Yanvar

  • Milli ordunun əsgəri, 1993-cü il təvəllüdlü Ruslan Şahbazov ehtiyatsızlıqdan öz əsgər yoldaşını güllələyib.
  • Hərbi hissədə ölən əsgər Ceyhun Qubadovun yaxınları günahkarların cəzalandırılmasını tələb etdilər
  • 1000-ə yaxın gənc “Əsgər ölümünə yox!” “Bəsdir yalan danışmaq!” şüarları altında aksiya keçirdi
  • “Əsgər ölümünə yox!” aksiyasında məhkəmələr 16 fəalı 300 manatdan 600 manatadək cərimə etdi
  • “Əsgər ölümünə yox!” aksiyasında cərimələnən gənclərə dəstək üçün "5 qəpik" kampaniyasına başlanıldı
  • “Binə” ticarət mərkəzində polislə qarşıdurma. Polis, satıcılara qarşı, rezin güllə və qaz bombalarından istifadə etdi
  • İsa Qəmbər Lənkərana gedərkən hücuma məruz qalıb
  • Rasim Balayev Kinematoqrafçılar İttifaqını tərk etdi
  • İsmayıllıda 3000-dən artıq sakin "Çıraq" otelinə hücum etdi. Otel yandırıldı. Polis insanlara qarşı zor tətdiq etdi. 100-dən artıq adam həbs olundu
  • Bakıda İsmayıllıya dəstək, "Silahları üstümüzdən çəkin" şüarları altında aksiya keçirildi. 
  • "5 qəpik" kampaniyası sona çatdı. Kampaniyadan 13 min manatdan artıq vəsait yığıldı. Cərimələnən 29 gəncdən isə 13-nünü cəriməsi ödəndi. Digər gənclər cərimənin ödəməsindən imtina etdi. Yerdə qalan vəsait şəhid ailələrinə verildi.
  • İmişli rayonunun 100-ə yaxın sakini rayon İcra Hakimiyyətinə gedərək sosial problemlərin həllini tələb ediblər. 
Fevral
  • Əkrəm Əylislinin "Daş yuxular" yazısı ölkədə səs-səda yaratdı (video)
  • İlqar Məmmədov və Tofiq Yaqublu 2 aylıq həbs olundu
  • İlham Əliyev Əkrəm Əylislinin “xalq yazıçısı” adından və AR prezidentinin fərdi təqaüdündən məhrum etdi.
  • Azərbaycanın ilk milli peyki orbitə çıxdı
  • Məhkəmə gənc fəalların şəxsi əşyalarını müsadirə etdi
  • Prezident İlham Əliyev Lerik, Şamaxı, İmişlinin İcra Başçılarını vəzifədən azad etdi
  • Gülər Əhmədova 178.3.2 və 307.2-ci maddələri ilə həbs olundu
  • Deputat İlham Əliyev “uzun saqqallı və qısa şalvarlı” dindarlara qarşı qəti mübarizəyə çağırdı
Mart
Aprel
  • İlahiyyatçı Tale Bağırzadə narkotik saxlamaqda ittiham edildi
  • Daha bir N!DA üzvü, Zaur Qurbanlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib
  • Azad Fikir Universitetinin qapısı möhürləndi
  • Təhsil naziri Misir Mərdanov vəzifəsindən çıxarıldı yerinə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov təyin olunudu
  • ADNA baş vermiş terror qurbanlarının xatirəsi anmaq istəyən gənclər, Turqut Qəmbər, Əbülfəz Qurbanlı 10 gün İlkin Rüstəmzadə 15 gün həbs cəzası aldılar
May
  • Nəsimi rayon Məhkəməsi İlkin Rüstəmzadə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçdi.
  • Leyla Yunusa Fransanın Şərəf Legionu Ordeni verilib
  • Milli Şura təsis edildi.
İyun
  • Füzulidə əsgər xidmət yoldaşini güllələyib
  • Rusiya prezidenti Putin, yoldaşından boşandı
  • Həsən Ruhanı İranın yeni prezidenti oldu
  • Azərbaycan ordusunun əsgəri Araz Səmədov elektrik cərəyanı vurması nəticəsində ölüb.
  • "Şeron" qrupu "Susma" klipindəki anlaşılmazlığa aydınlıq gətirdi
  • Müsavat Partiyası liderinin müşaviri Yadigar Sadıqov Lənkəranda saxlanıldı
İyul
  • Misir ordusu prezidenti devirdi
    İmran Cəfərzadə
  • 3 yaşlı İmran Cəfərzadə “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət aldı.
Avqust
  • Tovuz rayonunda yerləşən hərbi hissələrinin birində Goranboy rayonundan hərbi xidmətə çağırılmış əsgər Elşad İsmayılov intihar edib.
  • Rusiya prezidenti V.Putin Bakıya gəldi
  • Cəmil Həsənli "Milli Şura"nın vahid namizədi oldu
  • Prezident İlham Əliyev əmək pensiyalarını 15 manat artırdı
  • MSK Cəmil Həsənlinin namizədliyi qeydə aldı
  • Sərhəd Xidmətinin əsgəri Nöfəl Məmmədov özünü asıb.
  • Müəllimlərin maaşı 10% artırıldı
Sentyabr

  • Tovuz rayonundakı hərbi hissələrdən birində əsgər ölüb.
  • Müxalifət prezident seçkilərinə Cəmil Həsənli ilə getdi
  • Bakıya 12 metrlik rezin ördək gətirildi
  • BizimYol qəzetinin müxbiri Pərviz Həşimli həbs olundu
  • Əli Kərimlinin oğlu 25 gün müddətinə həbs olundu
Oktyabr
  • Azərbaycanda Prezident seçkiləri keçirildi
  • Bəzi exit-poll-lar İlham Əliyevin 83%-dən artıq səs topladığını dedi
  • ATƏT Prezidnet seçkilərini mənfi qiymətləndirdi
  • Konstitusiya Məhkəməsi İlham Əliyevi növbəti 5 il üçün prezident elan etdi
  • “Ümid” partiyasında kütləvi istefalar başladı
  • Pedaqoji Universitetinin 500-ə yaxın tələbəsi etiraz etdi
  • "N!DA"-çı gənclərin məhkəməsi başladı
  • Müdafiə Naziri Səfər Əbiyev vəzifəsindən getdi

Noyabr
  • Orxan Zeynalov Biryulevo sakini Yeqor Şerbakovu qətlə yetirməkdə ittiham olundu
  • ABŞ prezidenti Barak Obama İlham Əliyevi prezident seçilməsi münasibətiylə təbrik etdi
  • Azərbaycan Universitetinin tələbələri etiraz etdilər
  • Gədəbəydə yerləşən hərbi hissələrinin birində əsgər digər əsgər yoldaşını güllələyib
  • NİDA-çıların məhkəməsi başladı
  • “Facebook” fəalı Əbdül Əbilov narkotik ittihamı ilə həbs edildi.
Dekabr
p.s 2014-cü ildə nə olacağını bilmirəm amma hər birinizə yeni-yeni uğurlar arzu edirəm. Yeni 2014-cü ildə, yani hadisələrlə, yeni xəbərlərlə, yeni işlərlə, ən əsası demokratik bir cəmiyyət görmək arzusu ilə hamınızı bağrıma basıram. :) Bayramınız mübarək


Комментариев нет:

Отправить комментарий