15 дек. 2010 г.

Şahmatın yeni versiyası "Wikileaks"

Foto: Google
Bəlkə də çoxlarınız şahmat oyunu haqda məlumatınız var. Savadlı rəqiblərlə oyun bəzən saatlarla çəkir. Güclü rəqib son "xod"unu, gözlənilməz hərəkətlə mat etməyi bacarır. Yazımı şahmata deyil, demək olar dünyanı zəlzələ kimi titrədən vikiliks-ə yönəltmək istəyirəm. Bilənlər bilir bilməyənlər üçün də deyim ki, Vikiliks heç də 1-2 nəfərin görəsi iş deyil. Yani burda böyük bir "ordu" dayanıb. Çox sadə baxanda görsənir ki, Julian Assanc heç də bu işdə tək deyil. Qısa desəm Assanc sadəcə burda "piyada"dır. Ölümə getməyə hazır olan piyada. Qurban getdidəəə.
Piyada öz ordusunu qorumaq üçün geri qayıtmağa şansı yoxdur. Amma maraqlı orasındadır ki, şahmat oyununu oynayan Amerikanın rəqibini isə heç kim bilmir. Amerika bu sirrləri açmaqla qarşıdakı "anonim" rəqibi(ləri) məğlub etmək istəyir.

Belə ki, bu oyunda ilk "xod"u Amerika oynadı, ilk əvvəl, sənədlərin bir hissəsini yaydı. Qarşı tərəf(lər) cavab olaraq sənədlərin dəqiqliyini yoxlamaqla cavab verdilər. Bu vaxta qədər isə, Facebook-da Wikileaks fan qrupu yaradıldı(hazırda qrupun 1 milyondan çox üzvü var) Daha sonra xanım Klinton oyunu davam etdirdi. Vikiliks-də adı çəkilən ölkələrə zəng edərək üzr istədi. Rəqibi sakitləşdirmək üçün əla "xod" idi. Ölkələr hələ də sakitləşə bilmədi... Amerika "piyada" Assancı qurban verərək oyuna sakit davam etmək istədi. Düzdür ölkələr az da olsa sakitləşdilər. Amma hələ oyun bitmədi. Daha  sonra Amerika OpenLeaks yaratmaqla jest etmək qərarına gəldi... Oyun hələ bitməyib davam edir. Bu oyunda kimin necə oynayacağını gözləyək. Bu oyun hələ çox çəkəcək...

Комментариев нет:

Отправить комментарий