17 дек. 2010 г.

Nəcəfsizliyin 11 ili

Mənbə: nnf.az
Yadımdadır onda mən hələ uşaq idim. Televizorda Nəcəf Nəcəfov çıxış edirdi. Atam dedi bax Nəcəf bəy çıxış edir. Onda ancaq, bəy sözünü təzə evlənən oğlana deyildiyini bilirdim. Hər halda uşaq idim... Atamdan nəyə görə "bəy" dedin deyə sordum. Bəyəm o təzə evlənib? Atam heç bir şey demədi. Susmaqla cavab verdi. Ola bilsin bilmirdi...


20 yanvar facisəində sadə vətəndaşlarla ruş qoşunun qabağında dayanmışdı. Orda aldığı zərbədən huşunu itirdi ama ölmədi...Televizorda 20 yanvarla bağlı sujet efirə gedəndə Milli Məclisin zalında Vəzirov Nəcəf bəyə imkan vermir danışmağa " Уйди отсюда, уйди сказал... Вы знаете кто он?" deyəndə arxadan: - "Nəcəf Nəcəfov" səsi gəldi. Bütün zal arxaya dönüb baxdı...

Nəcəf Nəcəfovla işləyənlərin bəziləriylə söhbət eləmişəm. Heç birisi bir dəfə də olsun deməyib onun filan çatışmamazlığı var. Bilmirəm bəlkə də demək istəməyiblər ancaq müsbət dolu fikirlər deyiblər. Hətta ata, dost, ailə başçısı kimi baxanlar da var idi.

Artıq 2010-cu ildir, Bu gün onun ölümündən 11 il keçir. 11 ildir Nəcəfsizlik hökm sürür... O, heç kimin qabağında əyilmədi, O, həqiqətən şəxsiyyət idi, O, həqiqətən əsl dost idi, O, həqiqətən BƏY idi. Ruhun şad olsun BƏYim.

Комментариев нет:

Отправить комментарий