19 янв. 2011 г.

Xəstə Bakım - Video


kollaj by Aziz
Artıq ürəyim dözmür, vəziyyət günü-gündən pisləşir. İnsanlar sanki yollarını azmağa başlayır. Kim kiminlə necə gəldi rəftar edir. Kanallar isə... Ötən gün yerli kanalların birində uşaqlara suallar verirdilər ki, çoban kimə deyilir? Körpə uşağın cavabı məni şoka saldı. "Avtobus, metro sürücüsünə çoban deyilir".
Aparıcı, uşağın səhv cavab verdiyini düşünüb sualı yenidən təkrar elədi. Bu dəfə uşaq israrla "avtobus, metro sürücüsü çobandır. Maşını düzgün sürmür". Bəlkə uşaq gələcəkdə çobanın böyük insan olduğunu anlayar. Çoban 200-300 baş sürünü çox rahatlıqla idarə edir. Amma avtobus sürücüsü üç metrlik avtobusu idarə edə bilmir.

***

.... yollarda olan tıxaclar, maşınların siqnal səsləri, polislərin lazımsız "qışqırmaqları", avtobus sürücülərinin əxlaqsızlığı, özlərini "blatnoy" göstərən oğlanlar, evlənmək üçün varlı oğlan axtaran qızlar, efirə çıxıb toy verlişində özünü ağıllı göstərənlər... daha nələr-nələr. Rəhmətlik Baba Pünhan demişkən "Bakının dərdi var, Bakı xəstədir"

Sonda Baba Pünhanın "Bakının dərdi var"şerinə kiçik bir fotoklip düzəltdim. Siz də baxın...




Комментариев нет:

Отправить комментарий